
Şirvanda arvadını öldürərək polisə güllə atan şəxs saxlanılıb.
Baş prokrorluğunun Mətbuat xidmətindən "Rupor"un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb, ona tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınıb. Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin oxu: Arvadını öldürəndən sonra polisə silahlı müqavimət göstərən şəxs 3 dəfə məhkum olub
Həmçinin oxu: Arvadını öldürərək qaçan şəxs polislərə silahlı müqavimət göstərdi və güllələndi
