Türkiyəli generalları Azərbaycanın generalı qarşıladı - Fotolar - Video


  • 23:51 / 12 08 2020 |
  • Bölmə: Gündəm / Video / Siyasət


Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycanda səfərdədirlər.

"Rupor" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, türkiyəli qonaqları Bakıda Müdafiə naziri Zakir Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.










Oxşar xəbərlər