Yol İstismar İdarəsi direktorunun adamı baş redaktoru ölümlə hədələdi


  • 15:15 / 28 04 2022 |
  • Bölmə: Gündəm / Şikayət


Xüsusən Qərb bölgəsinin ictimai-siyasi hadislərini işıqlandırmaqla fərlqənən Mediaxeber.az saytının baş redaktoru Ələddin Kəsəmənli 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayevin adamları tərəfindən açıq şəklidə təhdid olunur. Sayt baş redaktoru bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb. 

Ə.Kəsəmənlinin "Rupor"a təqdim etdiyi müraciətdə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol-nəqliyyat infrastrukturu kompleks şəkildə yenidən qurulur. Sözügedən yol tikintisi isə 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev tərəfindən aparılır. 

Baş redaktor müraciətində bu tikinti ilə bağlı tənqidi məqalə yazdığını qeyd edir. Bildirir ki, yolun çəkilişində çox sayda qüsurlar var. Nəzərdə tutulan yolun eni 6 metr əvəzinə 5 metrlə, elə yerlər var ki, hətta 4 metrlə çəkilir: 

"Mən Mediaxeberleri.Az informasiya portalının təsisçisi və baş redaktoru olduğum üçün yaşadığım kənddə çəkilən yolda olan qüsurları işıqlandıraraq tənqidi yazı dərc etmişəm. Yazıdan sonra özünü Saleh Məmmədov kimi təqdim edən şəxs 27.04.2022-ci il tarixdə gecə saat 23.31-də bu nömrədən (0553962343) zəng edərək söyüş, təhqir və ölümlə hədələdi. Bir də 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev haqqında yazı yazsan, özünü və ailəni ölmüş bil. Evinə qədər yandıracağıq.  Bu şəxs mənə" get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid etdi. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və 102 xidmətinə zəng edərək DİN-ə məlumat vermişəm. Bu gün özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm".

Onu da vurğulayaq ki, tənqiid yazıda Kərəm Məmmədrzayevin yeyintilər hesabına özünə müxtəlif yelərdə mülklər aldığı, restoran tikdirdiyi yazılıb.
"Rupor" adı çəkilən MMC-nin direktru Kərəm Məmmədrzayev və baş redaktoru hədələyən Saleh Məmmədovla əlaqə saxlayıb.

Kərəm Məmmədrzayev gün ərzində zənglərə cavab verməyb, Saleh Məmmədov isə telefonu götürüb və sualı eşidən kimi, “mənlik deyil” deyərək, danışığı qapadıb. 

Mövzunu diqqətdə saxlayacağıq.

Anar İsaoğlu 



Oxşar xəbərlər