Nazirlik ikitərəfli görüşdəki bayraqlarla bağlı açıqlama yaydı


  • 20:08 / 07 05 2022 |
  • Bölmə: Gündəm / Xəbərlər


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahidlə görüşüb.

"Rupor" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ikitərəfli görüşün keçirildiyi otaqda BMT-nin və Maldiv Respublikasının dövlət bayraqlarının sərgilənməsi protokol qaydalarına tam uyğundur.

Belə ki, 2021-ci ildə Maldiv Respublikasının nümayəndəsi Abdulla Şahid BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilib. BMT Baş Assambleyasında sədrliyi həyata keçirən ölkə BMT bayrağı ilə yanaşı öz dövlətinin bayrağını Prezidentin ofisində sərgiləyir.



Oxşar xəbərlər