G7 ölkələri Rusiyaya neft idxalını dayandırır


  • 20:46 / 08 05 2022 |
  • Bölmə: Gündəm / Dünya / Hadisə


G7 ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər.

Bu barədə "Rupor" Ağ Evin saytında dərc edilmiş bəyanata istinadən xəbər verir.

Bəyanatda vurğulanır. “Bu, Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək. G7 həmçinin qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərimizi gücləndirərkən sabit qlobal enerji təchizatını təmin etmək üçün birgə işləmək öhdəliyi götürdü”. 




Oxşar xəbərlər