Ankarada Heydər Əliyevin xatirəsi anıldı


  • 16:26 / 10 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət


Türkiyənin paytaxtı Ankarada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.

“Rupor” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycanın Türkiyədəki səfirliyinin heyəti, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Şamil Ayrım və Azərbaycandan Türkiyəyə səfər edən heyətlər paytaxt Ankaradakı Heydər Əliyev parkında ulu öndərin xatirəsini yad ediblər.




Oxşar xəbərlər