“5-ci kalon”un fəallaşmasında məkrli niyyət və sağlam cəmiyyətin bu filmə baxmışıq” reaksiyası


  • 11:19 / 12 05 2022 |
  • Bölmə: Gündəm



Son iki ildə, xüsusən Azərbaycanda siyasi kadr islahatlarına başlanılandan, daha dəqiqi, vəzifələrini daim intiriqalarla idarə edənlər, cəmiyyətdə çaxnaşma, qarşıdurma, təbəqələr arasında gərginlik yaradanlar, nifrət toxumu səpənlər ali postlardan uzaqlaşdırıldıqdan sonra fikir və söz azadlığı sahəsində böyük uğurlar yaşamaqdayıq. 

Buyurun, sosial şəbəkələrə baxın. Heç bir rəsmi qeydiyyatdan keçmədən internet kanalları açıb, ultra səviyyədə açıq fikirlər səsləndirənlərin sayı sürətlə artır. Əlbəttə, bu gerçək bir tərəfdən heç də alqışlanası deyil. İnsanın nə qədər söz və fikir söyləmək azadlığı varsa da, başqalarını aşağılayacaq, böhtan atacaq, etik normalardan kənar çıxacaq addımlar atmaq yasağı da var. Bu yasaq həm qanunlar, həm də mənəviyyatla müəyyənləşir. 

Buna baxmayaraq, son illər kimsənin, əsasən də jurnalistin sözünə, yazısına, fikrinə görə ali səviyyədə təzyiqə məruz qaldığını göstərən bir dənə də fakt yoxdur. Olub, kimsə hədələnib, döyülüb, ancaq bu hadisəni törədənlər məhz məişət xarakterli davranış sərgiləyiblər. 

Təəssüf ki, belə vəziyyətdən sui-istifadə edənlər həmişə tapılır. Onların somvolik adına “5-ci kolon” deyirik. “5-ci kalon” 1939-cu ildə İspanyada neydana gəlib. 1930-cu illərin əvvələrində parament seçkisində qalib gələn solçulara qarşı kapitalist dünyası İspaniya ordusunu üsyana sövq etdi. Üsyan Mərakeşdə başladı, sonra üsyançı qoşunlar müvafiq olaraq İspaniyaya endi və dörd sütunda Madridə yürüş gerçəkləşdirdilər. Bu müddət ərzində İspaniya respublika hökumətindəki üsyançıların tərəfdarları respublikaya qarşı hərəkata qoşuldular. Üsyankar ordunun komandanı general Franko bu xəyanətkarları beşinci kolonu adlandırdı. 

Bir sözlə “5-ci kalon” xəyanətdə ittiham olunanların toplaşdığı bir qrupdur. Azərbaycanda insan hüquqularının pozulduğunu, guya ictimai fəallara basqıların təşkil olunduğunu, onlara qarşı zorakılıq həyata keçirildiyini söyləyənlər və belə bir görüntü yaratmağa səy göstərənlər də məhz bu kalonun üzvləri kimi xarakterizə edilirlər. 

Onlara Azərbaycanın demokratik cəhətdən inkişafıni istəməyən bəzi beynəlxalq təşkilatlar da dəstək olur. Azərbaycan əzəli torpaqlarını işğaldan azad edəndən sonra bu münaqişənin bitməsini istəməyən, obrazlı desək, Azərbaycanı daim yaralı görmək, inkişafına mane olmaq istəyən qüvvələr daha da fəallaşıblar. 

Fakta diqqət çəkək:  ABŞ-ın NED-National Endowment for Democracy  fondu Azərbaycan üçün 2022 ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970, 235  dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları  Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. 

ABŞ-ın NED-National Endowment for Democracy  Fondu 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında  təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd var. NED və bu tip institutların təcrübəsində  “təcili qrantların ayrılması” hansısa prosesi təcili maliyyələşdirmək üçün nəzərdə tutulur. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir.

Hadisələr tam üst-üstə düşür. Həmin təcili qrant layihəsini icra edən “5-ci kolon” jurnalist Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsini və keşmişdə baş verən bu kimi bir neçə digər hadisəni də qabardaraq Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğunu iddia edirlər. Xuliqanlıqla müşayət olunan hansısa cinayət hadisəsinin baş verməsi nə vaxtdan insan haqqlarının pozuntusu hesab olunur? Kimin haqqı pozulub? Jurnalist tanımadığı şəxslərin hücumuna məruz qalıb, onu məlum məhkəmə işi ilə bağlı yazmamağa məcbur ediblər və hadisəyə daxili işlər naziri səviyyəsində reaksiya verilib, həmin şəxs və şəxslər axtarılır. Burada dövlət, hökumət kimin hüququnu pozub? Əksinə, jurnalistə hücum edərək, onun hüquqlarını pozanların tapılması istiqamətində təcili tədbirlər görülür. Aytən xanımın yazdığ mövzunun heç bir siyasi əhəmiyyəti də yoxdur. Məişt xarakterli cinayət hadisəsi baş verib, bu cinayəti törətməkdə şübhəli bilinənlər saxlanılıb, məhkəmə prosesi gedir. Məhkəmə prosesini bütün mətbuat işıqlandırır. Ola bilsin Aytən xanım daha başqa faktlara diqqət çəkib ki, bu da ədalətin aşkara çıxmasına dəstəkdir və elə birinci şəxs səviyyəsndə dəfələrlə vurğulanıb ki, həqiqətləri yazmaq, aşkara çıxarmaq, ictimai nəzarəti gücləndirmək vacibdir. 

Belə olan təqdirdə küçəyə çıxıb qışqırmağa ehtiyac yoxdur. Söhbət qrant layihəsinin icrasından gedirsə, vətənini və cəmiyyətini sevən şəxs belə layihəyə nəinki imza atmaz, heç onun iştirakçısı olmaz. Həmişə ölkədə mötəbr beynəlxalq tədbirə hazırlıq işləri gedəndə, yaxud tədbir keçiriləndə “5-ci kalon” fəallaşır, Azərbaycanı gözdən salmağa çalışırlar. 

İyunun 10-12 Bakıda Formula 1 yarışması start götürəcək. Bu ərəfədə juralistlə bağlı xoşagəlməz hadisə yaşanır, bir qrup şəxs meydana çıxıb bəyanat yayır, ABŞ-ın Azərbaycandakı səfirliyi hadisəyə reaksiya verir, ABŞ Dövlət Departamenti bu barədə açıqlama ilə çıxış edir. Halbuki 28 il 1 milyondan çox azərbaycanlının ermənilər tərəfdən hüquqları bütün sferalarda vəhşicəsinə tapdandı, ABŞ bir kəlmə də dillənmədi. 

Viktor Hüqonun “Səfillər” əsərində bir cümlə var: “Korlar karları məlumatlandırırdı”. Həqiqətən də Azərbacandakı insan haqları sahəsində pozuntuların olduğu barədə yalnız korlar danışar və bu barədə həmin korlar karları məlumatlandırar. 

Belə deyilsə, ABŞ və onun nəzarətində olan rəsmi qurumlar, təşkilatlar Ermənistanda başlayan aksiyalarda döyülən, tutulan ictimai fəallarla bağlı niyə susurlar? Karlar korları bu dəfə məlumatlandırmaqda niyə çətinlik çəkir? Eşitmirlərsə, görmürlərsə, Azərbaycandakı vəziyyəti hansı əzaları ilə qiymətləndirirlər? Soros Ermənstanı iflic vəziyyətə gətirib. İllərdir hakimiyyət böhranı yaşayan erməni xalqı bütövlükdə hüquqi və fiziki təcavüzə uğrayıb. ABŞ Dövlət Departamentisə Azərbaycandakı məişət hadisəsini bayrağa çevirərək, Ermənistandakı vəziyyəti görünməzliyə dürtməyə çalışır. Əsas səbəb isə odur ki, bir daha təkrar edirik: Qərbdəki ermənipərəstlər 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərini, ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu, fəallığını həzm edə bilmirlər.
 

ABŞ-da irqçilik zəmnində baş verən cinayət hadisələrinin sayı hər gün artır. Polis dinc qarədərilini günün günorta çağı küçənin ortasında öldürür, ictimai fəallar, jurnalistlər vəhşicəsinə döyülür, bu dəhşətlərə Departament seyirçi qalır. Öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranları ən yumşaq formada qərəzli adlandrmaq onların qazandığı halal addır. 

Azərbacan cılız hisslər və quru böhtanlarla uğraşan dövlət deyil. Bu dövlətin amalı regionda sülhə nail olmaq, dünyada sülhə töhfə verməkdir. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda milyonlarla insanın, yüzlərlə jurnalistin, ictimi fəalın hüququ tapdanır, onlar qətlə yetirilirlər, Qərb isə hələ də siyasət-siyasət oynayır. İnsanpərvər bəşəriyyət dünyada yaşanan və adi hala çevrilən vəhşiliyə son qoymağa səy göstərsin. Hansısa ölkədə hansısa cinayətkar ünsürün jurnalisti hədələməsini həmin ölkənin əleyhnə olan dözülməz faktor kimi təqdim etmək yalançı insanpərvər roluna girməkdir. Biz bu tamaşaları çox görmüşük, bu filmlərə çox baxmışıq! 
 
Anar İsaoğlu 



Oxşar xəbərlər