MDB Xarici İşlər Nazirləri Şurasının iclası başladı


  • 10:17 / 13 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət


Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

“Rupor” xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda iştirak edir.

İclasın gündəliyinə 9 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. Beynəlxalq aktual məsələlər üzrə fikir mübadiləsi və MDB-də formatında əməkdaşlıq;

2. MDB XİN başçıları Şurasının növbəti iclasının keçirilməsi;

3. ”MDB-nin gənclər paytaxtı” beynəlxalq layihəsi haqqında;

4. 2021-ci ildə MDB çərçivəsində xarici işlər nazirlərinin çoxsəviyyəli məsləhətləşmələrinin reallaşması haqqında;

5. MDB-yə üzv ölkələrin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşması üzrə 2021-ci ilə qədər “Tədbirlər Planını”na reallaşması haqqında;

6. MDB-yə üzv dövlətlərin notariat fəaliyyəti sahəsinin təşkilinin əsasları haqqında;

7. MDB-də turizmin təşkilinin əsasları haqqında;

8. MDB-də fundamental tədqiqatların prioritet istiqamətləri üzrə perspektivli elmi layihələrin siyahısının layihəsi;

9. MDB-nin fərqlənmə nişanı ilə təltiflər haqqında.

Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.



Oxşar xəbərlər