"Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik"


  • 17:34 / 14 05 2022 |
  • Bölmə: Gündəm


"Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib".

"Rupor" "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik", - Prezident vurğulayıb.




Oxşar xəbərlər