Azərbaycan və 5 ölkə “Avroviziya”nın münsiflər heyətindən çıxarıldı


  • 19:09 / 15 05 2022 |
  • Bölmə: Gündəm / Dünya


“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxarıb.

"Rupor"
xəbər verir ki, bu barədə yarışmanın rəsmi saytında qeyd olunub.

Siyahıda Azərbaycanla yanaşı, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marino yer alıb.
Qeyd olunub ki, buna münsiflər heyətinin səsverməsini manipulyasiya etməkdə şübhəli bilinən cəhdlər səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini çıxarıb. (“Qafqazinfo”)






Oxşar xəbərlər