Finlandiya və İsveçin NATO-ya qoşulmasına Putindən reaksiya


  • 17:24 / 16 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət / Dünya


“NATO özünün geosiyasi siyasətindən kənara çıxır, digər regionlarda siyasətə təsir etməyə çalışır. Bu, bizdən diqqətli olmağı tələb edir”.

“Rupor” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib.

Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında danışan Putin Rusiyanın bu dövlətlərlə probleminin olmadığını, bu dövlətlər hesabına genişlənmənin Rusiya üçün bilavasitə təhlükə yaratmadığını vurğulayıb.

Bununla belə, o qeyd edib ki, bu ərazidə hərbi infrastrukturun genişlənməsi Rusiyanın cavab reaksiyasına səbəb olacaq: “Bu reaksiyanın necə olacağına yarana biləcək təhlükələrdən çıxış edərək qərar verəcəyik”. (Report)



Oxşar xəbərlər