Putin Paşinyanla Qarabağ mövzusunda müzakirə apardı


  • 22:58 / 16 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət


Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağ müzakirə edib.

"Rupor" Report-a istinadən xəbər verir ki, tərəflər eyni zamanda iqtisadi məsələləri müzakirə ediblər. Putin ölkələr arasında ticarətin intensivləşdiyini qeyd edib.

Qeyd edək ki, Paşinyan Moskvaya KTMT-yə üzv ölkələrin liderlərinin sammitinə gəlib.

"Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizin görüşmək və bütün komplekslər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam", - Putin əlavə edib.



Oxşar xəbərlər