
NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
“Rupor” xəbər verir ki, bu barədə Alyansın rəhbəri tviterdə yazıb.
“Biz Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi məsələsinə toxunduq. NATO Gürcüstanın Avroatlantik Alyansa doğru addımlaması da daxil olmaqla hər bir ölkənin suverenliyini, ərazi bütövlüyünü və öz yolunu seçmək hüququnu tam dəstəkləyir”, - Baş katib qeyd edib. (Report)
