“Şuşa mədəniyyət paytaxtıdır” - ICESCO-nun Baş direktoru


  • 15:33 / 19 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət


“Postmünaqişə dövründə inkişaf üçün daha münbit şərait yaratmaq lazımdır. Biz uzunmüddətli inkişaf və sülhə nail olunmasına kömək etməliyik”.

“Rupor” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

“Hərbi əməliyyatların dayandığı postmünaqişə dövründə regionda sülhün təmin və inkişaf etdirilməsinə kömək etmək lazımdır”, - ICESCO-nun Baş direktoru bildirib.

Onun sözlərinə görə, Şuşa mədəniyyət paytaxtı, dünyaca məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun vətənidir.

Səlim bin Məhəmməd Əl-Malik qeyd edib ki, COVID-19 pandemiyası yeni humanitar problemlərə və böhranlara səbəb olub: “Bu çağırışlara qarşı mübarizə aparmaq üçün beynəlxalq təcrübədən faydalanmalı, onun tətbiqi zamanı ölkənin bütün xüsusiyyətlərini nəzərə almalıyıq”.






Oxşar xəbərlər