Türkiyə ilə danışıqlara hazırıq! - Finlandiya Prezidenti


  • 22:09 / 19 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət / Dünya


Finlandiya Prezidenti Sauli Niiniste ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin narahatlığını müzakirə etməyə hazır olduğunu bildirib.

Bu barədə “Rupor” Report-a istinadən xəbər verir.

"Finlandiyanın Türkiyə ilə hər zaman geniş və yaxşı ikitərəfli əlaqələri olub. NATO müttəfiqləri olaraq Türkiyənin təhlükəsizliyini təmin etmək öhdəliyimiz olduğu kimi, biz də Türkiyənin təhlükəsizliyini təmin etməyə sadiqik", - Niinista Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

Finlandiya Prezidenti əlavə edib ki, Helsinkinin NATO-ya üzv olmaq qərarı parlamentdə böyük səs çoxluğu və xalqın dəstəyi ilə qəbul edilib. Niiniste Finlandiyanın terrora ciddi yanaşdığını da iddia edib.

"Terrorun bütün formalarını pisləyirik və ona qarşı fəal mübarizə aparırıq. Biz Türkiyənin üzvlüyümüzlə bağlı yarana biləcək bütün problemlərin açıq və məhsuldar müzakirəsinə açığıq", - o vurğulayıb.

Qeyd edək ki, mayın 17-də Finlandiya NATO-ya üzvlük üçün rəsmi müraciət edib.

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını əngəlləyir. Rəsmi Ankara İsveç və Finlandiyanı PKK terrorçularını dəstəkləməkdə ittiham edir.



Oxşar xəbərlər