Xəzərin bu yerində 9 nəfər batdı -FHN-dən ÇAĞIRIŞ




      Bölmə: Hadisə Tarix: 10.08.2023 / 22:04

Hər dəniz mövsümü eyni zamanda çimərliklərdə batan şəxslərlə bağlı gündəm olur.
RUPOR.AZ
-ın əldə etdiyi məlumata görə Lənkəranın Sütəmurdov kəndi ərazisində son 1 ayda 9 nəfər batıb. 

Ötən gün isə, eyni ərazidə 5 nəfər boğulma təhlükəsi ilə üzləşib. Onlardan 2-si dünyasını dəyişib, 3-ü xilas olunub.

Hadisənin qeyri çimərlik ərazilərdə baş verdiyi qeyd olunur. Həmin ərazidə insanların daha çox batması isə diqqət çəkir.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət  və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlilinin  verdiyi məlumata görə, mövsüm başlayandan ümumi olaraq  125 nəfər suda boğulmadan xilas olunub, onlar hazırda sağlam həyatlarını davam etdirirlər: “Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də ona əsas verir ki, nəzarətsiz çimərliklərdən istifadə olunmamalıdır. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqəsi Lənkəranın Sütəmurdov kəndindən 3 km aralıdadır və nəzarətsiz çimərlik ərazisinə daxildir. Həmin ərazidən 7, 8 və 9 avqust olmaqla son 1 həftədə bizə 3 müraciət daxil olunub. Müraciət əsasında dalğıclarımız tərəfindən cəsədlər tapılaraq aidiyyatı üzrə təhvil verilib. Son 1 ayda sözü gedən ərazidə 9 nəfərin batması məsələsinə gəldik də isə, ərazi qeyri çimərlik ərazisi olduğu üçün mən yalnız bizə rəsmi olaraq edilən müraciətləri qeyd etdim. Ərazinin çimmək üçün əlverişsiz  olduğunu nəzərə alsaq  batanların sayı daha çox ola bilər. 

Dünən baş verən hadisədən sonra isə, xidmətin dalğıcları əraziyə baxış keçirtdilər. Məlum oldu ki, ərazidə sualtı axınların sürətində artım və qəfləti dərinliklər var. Demək olar ki, qeyri çimərlik ərazilərinin hər birində  eyni hallar müşahidə olunur. Dünən baş verən hadisəyə səbəb isə, qəfləti dərinlik olub. Qəfləti dərinliklərin və  bataqlaşmanın olması, eyni zamanda su altı axınların sürətli olması belə hadisələrə yol açır. Əraziyə yenidən “Çimmək  Qadağandır” və “Təhlükəli Ərazi”  nişanları  yerləşdirilib, həmin hissə xüsisi lentlə haşiyələnib”. 

Əlili həmçinin vətəndaşlara müraciət edərək, təhlükəli ərazilərdə çimməməyi tövsiyə edib:

“Fövqəladə Hallar Nazirliyi əhalini qeyd olunan qaydalara riayət etməyə, çimərlik kimi nəzərdə tulmayan nəzarətsiz ərazilərdən istifadə etməməyə çağırır”.(lent.az)






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---