Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdalıq edib.

"Rupor"un məlumatına görə, qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir.

Açıqlamada vurğulanır: "Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləmək tövsiyə olunur”.




Oxşar xəbərlər