Sabunçu rayon məhkəməsi dırnaqarası tarix yaradır 
 
Azərbaycanda 25 ildir davam edən məhkəmə prosesi var. Bu gerçək Sabunçu rayon Məhkəməsinin payına düşüb. İki tərəf arasında 1995-ci ildən başlanan mülk – geniş torpaq sahəsi, bağ evləri, mənzillər ətrafında mübahisəyə hüquq cəhətdən hələki son qoyulmur. Tərəflərdən biri – əslən həmin ərazilərdə yaşayan ailə mübahisənin nəticəsiz qalmasında adını çəkmədii yüksək səviyyəli məmurları ittiham edir. Vəziyyəti dramatikləşdirən bir səbəb də var: Tərəflərdən biri – mülkün əzəl sahibi keçmiş deputat, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının üzvü, dövlətin yürütdüyü siyasətin dəstəkçisi Qalib Salahzadə və onun ailə üzvləri, yaxın qohumları, digəri 1995-ci ildən həmin ərazilər “mənimdir” deyən, elə həmin ildən mühacirətdə yaşayan, radikal müxalifətçi olmuş Rəsul Quliyev və onun qohumları, adamlarıdır. 

Adamları ifadəsi İbrahimov Ağasif Şakir oğluna nəzərən meydana çıxıb. Şakir İbrahimov Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyası həmsədirlriyindən istefa verəndən sonra yaradaraq lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədridir. Məhz o sözügedən ərazilərin ona məxsus olduğunu iddia edir. Bir məqamı da xatırladaq: Şakir İbrahimov 1988-ci ildə doğulub. Ərazinin mübahisə predmetinə çevrilməsi ətafında qalmaqalsa əsasən 1995-ci ildən sonra qızışmağa başlayıb. 7 yaşlı uşağın iddiası 25 ildir yol gəlir.  
 
İqtidarçı Salahzadənin müxalifətçi Quliyevə uduzdurmağın məhkəmə yolsuzluğu 

Bu yola qısa nəzər salaq: 01.09. 2009-cu il Sabunçu rayon məhkəməsində Rahib Salmanovun hakimliyi ilə iddiaçılar Quliyeva Elmira Hüseynqulu qızı, Quliyeva Zenfira Əkrəm qızı, Quliyev Pərvin Rəsul oğlu, Bağırova Xanım Rəsul qızı və Quliyev Ziya Rəsul oğlu və onların nümayəndələri, cavabdeh Salahzadə Qalib Aslan oğlu və onun nümayəndələri, Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin nümayənəsinin iştirak ilə məhkəmə prosesi keçirilib. 

İddiaçılar Salahzadə Qalib Aslan oğlu və onun nümayəndəsinə, üçüncü şəxslər - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə,  Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı bağ sahəsindən çıxarılma, qanuni icarədarların istifadə hüquqlarının bərpa edilməsi, dəymiş maddi ziyanın ödənilməsi tələbi irəli sürüblər. 
İddiaçılar iddialarını belə əsaslandırıblar ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.10.1995-ci il tarixli sərəncamına əsasən Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən ayrı-ayrlıqda sahəsi 12 hektar olan bağ sahələrinə onların adına müvafiq qurumlar tərəfindən orderlər verilmiş və hazırda sözügedən torpaq sahələri icarə hüquqi əsasında onlara məxsusdur.

İddia ərzəsində o da vurğulanır ki, bu şəxslər həmin ərazilərdə tikinti işləri aparıb, ikimərtəbəli yaşayış evi tikdiriblər, bağ salıblar, hasar çəkiblər və 2008-ci ilin avqust-sentyabr aylarında icarə hüququ və ərazi Salahzadə Qalib Aslan oğlu tərəfindən zəbt edilib. 

İddiaçılar bildirilər ki, hadisə barədə xəbər tutanda əraziyə gəliblər və bağ evindən qiymətli əşyaların “oğurlandığını” görüblər, beləliklə müəyyənləşdiriblər ki, bu əşyaların qiyməti 700 min dollar həcmindədir (ərizədə həmin əşyaların siyahısı da təqdim olunub). Məhkəmədə   Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Məlikov Eldar Cəlal oğlu bildirb ki, BŞİH tərəfindən iddiaçılara verilmiş orderlərə həmin bağ sahələrinin harada yerləşməsinə dair müvafiq sxemlər əlavə edilmədiyindən Salahzadə Qalib Aslan oğlunun istafədəsində olan torpaq sahəsinin o ərazi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin digər nümayəndəsi Hümbətov Yusif Zülfüqar oğlu isə izahatında göstərib ki, Torpaq Məcəllsinin 65-ci maddəsinə əsasən torpaq sahəsi ayrılmadan əvvəl yer müəyyən edilməlidr, sxem çəkilməsi barədə qərar verilməlidir. Hazırda həmin sxem olmadığı üşün rəy vermək mümkün deyil. Hər iki tərəf torpaq sahələrinin harada olması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. 

Məhkəmə iclasında iştirak etmiş Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bakı şəhər ərazi İdarəsinin nümayəndəsi Məmmədov Ramin Rəsul oğlu izahatında göstərib ki, arxiv sənədləri əsasında iddiaçılara verilmiş orderlər qüvvədə hesab edilir. Lakin həmin orderlərə müvafiq sxemlər əlavə edilmədiyi üçün bağ sahələrinin Q.Salahzadənin ifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. 

Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nəsibov Sani Əli oğlu isə izahatında qeyd edib ki, iddiaçılara orderlər Bağlar İdarəsi tərəfindən verilib. Bu səbəbdən onların mövcud iddia tələbilə heç bir əlaqəsi yoxdur. Məhkəmədə şahid ifadələri də dinlənilib. 

Sonda məhkəmə qərara alıb ki, iddiaçılar heç bir yetərli sübut, dəlil tələb etmədiyindən, Salahzadə Qalib Aslan oğlunun bağ evlərini zəb etdiyini, o ərazilərdə oğurluq hadisələri həyata keçirdiyini göstərən fakt olmadığından, ittiham tərəfinin polisə müraciət etmək hüquq olduğundan iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. MPM-nin 77.1-ci maddəsinə əsasən tərəflər istinad etdiyi halları sübut etməlidir.  


Göründüyü kimi iddiaçılar belə sübutlara malik deyillər, ona görə də məhkəmə bağ sahəsndən çıxarılma, qanuni icarədarların istifadə hüquqlarının bərpa edilməsi hissəsini əsassız adlandırıb və iddianın təmin edilməməsi barədə qərar çıxarıb. “Dəymiş ziyanın” ödənilməsi hissəsi də baxılmamış saxlanılıb. 

Uduzan tərəf yenidən məhkəməyə müraciət edib. Ancaq bu dəfə fərqli xüsusda. Onlar iddialarının yanlış olduğunu bir növ etiraf ediblər. Fakta nəzər salaq: 
 
Rəsul Quliyev və adamlarının məhkəmədə “səhv etmişik” etirafı və onun təsdiqlənməsi
 
16.12.2010-cu il tarixində Sabunçu rayon Məhkəməsində iddiaçılar Quliyeva Elmira Hüseynqulu qızı, Quliyeva Zenfira Əkrəm qızı, Quliyev Pərvin Rəsul oğlu, Bağırova Xanım Rəsul qızı və Quliyev Ziya Rəsul oğlu cavabdeh Salahzadə Qalib Aslan oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi üzrə işə baxılıb.  
 
Qasımov Anarın hakimliyi ilə keçən prosesdə iddiaçıların səlahiyyətli nümayəndəsi Quliyev Rza Sabir oğlu ərizədə göstərib ki, iddia tələblərindən imtina edir və bu əsasda iş üzrə icraata xitam verilməsini istəyir.

Cavabdehin nümayəndəsi Cəfərov Məmmədvəli Yusif oğlu işin icraatına xitam verilməsinə etiraz etməyib. 

Məhkəmə Mülki-Prossesual Məcəllənin müvafiq maddələrini əsas gətirərək, iddiaçının iddiadan imtinasını məqbul sayıb və Quliyeva Elmira Hüseynqulu qızı, Quliyeva Zenfira Əkrəm qızı, Quliyev Pərvin Rəsul oğlu, Bağırova Xanım Rəsul qızı və Quliyev Ziya Rəsul oğlu cavabdeh Salahzadə Qalib Aslan oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələblərindən imtinalarını qəbul edərək, iş üzrə icraata xitam verib.   
 
Araya 8 il sakitlik çöküb. Hər halda əlimizdə olan qətnamənin tarixindən belə anlaşılır. Qəfildən iddiaçılar imtina iddialarını da təftiş etməyə başlayıblar. Onların hansı səbəbdən fikrini dəyişdiyini söyləmək jurnalistikanın təməl prinsipinə ziddir. Doğrusu belə olar ki, ötən günlərdə zərərçəkmiş kimi saytımıza danışan Həmidağa Camalovun açıqlamasından bəzi hissəni təkrar diqqətinizə çatdıraq. 
 
“Bunun adı xəyanətdən başqa bir şey deyil”.
 
 
Həmidağa Camalov deyir: “Hələ də təəccüb içərisindəyik ki, ömürünü, həyatını dövlətimizin inkişafına, ali rəhbərimizin siyasətinə həsr edən Salahzadələrə qarşı daim müxalifətdə olan, dövlətimizin, ali rəhbərimizin ünvanına tənqidlər səsləndirən, qaçıb ABŞ-da gizlənən Rəsul Quliyevə saxtakarcasına uduzdururlar. Görünür hakimlər təqaüdə Rəsuldan aldıqları küllü miqdarda çirkli pullarla çıxamaq istəyirlər ki, sonrakı həyatlarında yesinlər. Yoxsa cavan hakimlər niyə bu işlərə baxmırlar. Köhnə “qurdlara”, 5 ci kalon nümayəndələrinə bu işləri Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov tapşırıb. Bu həmin İlqar Abbasovdur ki,70 yaşı tamam olub, bu həmin Əşir Səmədovdur ki, 65 yaşı var, bu həmin Tahirə Əsədovadır ki, 63 yaşındadır. Sabunçu rayon Məhkəməsinin hakimi İlqar Abbasov 2 saat təkbətək bacım oğlu Hacı Qaliblə söhbət edib və deyib ki, bu göstəriş Prezident Aparatından gəlib. Hətta belə söz işlədib ki, Hacı Qalibin həbs olunması ilə bağlı da göstəriş var. Bu sözləri məhkəmə icraçıları Daşqın Həsənquliyev, Füzuli Hüseynov da Qalib bəyə deyib. Qorxularından o sifarişçinin adını çəkmirlər.

İndi biz nə etməliyik.Müxtəlif təşkilatlara 1000 dən artıq şikayət ərizəsi göndərmişik. Bir adam bizə müraciət edib soruşmur ki, Vətən xaini Rəsul Quliyevlə sizin mübahisəniz nəyə görədir? Ağasif Şakir oğlu 33 yaşlı uşaqdır. Özünə oxşayan bir uşaqla bacım oğlu Hacı Qalibin yanına gəlib əvvvəlcə 500 min, sonra 300 min manat pul istəyiblər ki, verməsəz biz sizi şantaj edəcəyik. Bacım oğlu onları otağından qovub ki, mən müxalifətə heç vaxt bir qəpik pul verən deyiləm, Rəsul Qiliyevə də heç bir borcum yoxdur. Sizin iddia etdiyiniz torpaq sahəsi Rusiya Səfirliyinin ərazisidir. Hal-hazırda da boş sahə kimi qalıb. Axtarışda olan Vətən xaini Rəsul Quliyevi hakim Tahirə Əsədova, Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasov, Sabunçu rayon Məhkəməsinin hakimi Əşir Səmədov   müdafiə edir. Ya hüquq mühafizə orqanları xalqı aldadır, ya da Sabunçu rayon Məhkəməsinin hakimləri. Hakim özü göstərir ki, bizə məxsus evlərin qeydiyyat vəsiqəsi var və biz həmin evlərdə qeydiyyatdayıq. Bağ sahələri harada yerləşir və əllərində olan bağlar hansı əraziyə düşür? Ağasifin 2010 cu ildə neçə yaşı olub ki, (10 yaşı olub) məhkəmə icraçıları ilə birlikdə prosesdə iştirak edib. Hakim Tahirə Əsədova yalan danışır . Qətnamədə göstərir ki, kimsə bacım oğlu Hacı Qaliblə əlaqə saxlayıb danışıb. Bizimlə heç kəslə əlaqə saxlamayib. Bəlkə Tahirə Əsədovanın həyat yoldaşı bizimlə əlaqə saxlayıb bilmirəm. Deyirlər o da hakim işləyir. Həmin bağ sahələrinin harada yerləşdiyini göstərən xəritələt var. Niyə mütəxəssisi çağırıb bağ sahəsinin necə və harada yerləşməsi haqda rəy almırlar? 2010 cu ildə çıxan qətnamə ancaq boş torpaq sahəsindən gedir, evlərdən yox. Bir də ünvan göstərilmir ki, Ağasif “bəyin” əlində olan sənədlərdə ünvan da göstərilmir. Bizim əlimizdə olan sənədlərdəsə evlərin həm ünvanı var, həm də göstərilir ki, 3 evin neçə və nə qədər sahəsi var. Bu faktları Tahirə Əsədova çıxardığı qətnamədə təsdiq edir. Bir nüansı da söyləyim:  Tahirə Əsədova Rəsul Quliyevin adını heç yerdə çəkmir. Ağasifin əlində olan etibarnamədə saxta ola bilər. Bir sözlə, bizə qarşı mox böyük saxtakarlıq aktı həyata keçirilir. Biz imkan verə bilmərik ki, haqq nahaqqa uduzsun. Bu işləri görənlər çirkin mafiyadır və bir başa dövlətin hüquq sütununa zərbə vururlar. Bunun adı xəyanətdən başqa bir şey deyil”.
 
Gənc hakmidən tərəfləri razı salan qətiyyətli qərar
 
İndi keçək 2018-ci ildə gerçəkləşən məhkəmə prosesindəki qətnamə mətnində yazılanlara: Quliyev Nazim Məmiş oğlu Sabunçu rayon Məhkəməsinə ərizə yazaraq, cavabdeh Salahzadə Qalib Aslan oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmənin qəbul etdiyi 16.12.2010-cu il tarixli qərardadının ləğv olunmasını xahiş edib. 

Bu işdə iddiaçılar Quliyeva Elmira Hüseynqulu qızı, Quliyeva Zenfira Əkrəm qızı, Quliyev Pərvin Rəsul oğlu, Bağırova Xanım Rəsul qızı və Quliyev Ziya Rəsul oğludur. 

Xatırladq ki, 16.12.2010-cu ildə Qasımov Anarın sədrliyi ilə keçirilən məhkəmədə Quliyev Rza Sabir oğlu iddiadan imtinalarının qəbul olunmasını xahiş edib və iş üzrə icraata xitam verilib. 

8 il sonra məhkəməyə ərizə ilə Quliyev Nazim Məmiş oğlu müraciət ünvanlayaraq keçmiş qərardadın ləğvini və işə mahiyyəti üzrə baxılmasını istəyib. Məhkəmə ərizənin mümkünlüyünü araşdırıb və əsasız hesab edərək geri qaytarıb. Səbb kimi o göstərilib ki, Quliyev Nazim iş üzrə iddiaçıların etibarnamə üzrə nümayəndəsi qismində iştirak etsə də, ərizə verdiyi zaman həmin etibarnamənin müddəti bitib. Ərizəyə əlavə edilən başqa bir etibarnamə kserosürət olduğundan keçərli sayılmayıb. Digər tərəfdən Mülki-Prossesual Məcəllənin 262.4-cü maddəsinə əsasən iş icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 

Məhkəmə bu halları nəzərə alıb, ərizə və ona əlavə olunan sənədlərin geri qaytarılması, 16.12.2010-cu il tarixli xitam qərarının qüvvədə qalmasını təmin edib. 

Haşiyə:Saytımıza danışan adının çəkilməsini istəməyən hüquqşünas Azərbaycan məhkəmələrində belə halların yaşandığını deyir. Bildirir ki, eyni mahiyyətli iş üzrə hər dəfə başqa şəxs ərizə ilə müraciət edib, niyyətlərini bu yolla gerçəkləşdirməyə cəhd göstərirlər. Onları öyrədən vəkillərin bu manevri hakimlərin nəzərindən yayınmır və belələri təbii ki, istəklərinə çatmırlar. Burada yerinə düşən atalar sözünü işlətməmək olmur: “Çox bilən quş dimdiyindən bəlaya düşər”. 

“Rupor” 23 may tarixində Həmidağa Cavadovun iddiaları əsasında hazırladığı yazıya Salahzadələri Rəsul Quliyevə uduzduran məhkəmə ağır saxtakarlıqda ittiham olunur” sərlöhfəsi seçmişdi. Ümumiyyətlə bu mövzuda silsilə yazılarımız olub. Təəssüf ki, ittiham olunan tərəflərdən heç birinin, nə Rəsul Quliyevin adamlarının, nə də Sabunçu rayon məhkəməsi sədrinin, hakimlərin mövqeyini öyrənmək mümkün olmur. 

Rəsul Quliyev və Ağasif İbrahimov bu məsələ ilə bağlı danışmaqdan imtina edirlər, hakimlərlə də görüşərək, onlardan açıqlama almaq Marsa uçmaqdan çox çətindir. Halbuki, kimliyindən asıı olmayaraq, xüsusən məmur, lap xüsusən insanların taleyini bir növ idarə edən məhkəmə sistemi nümayəndələri mediaya açıq olmalıdır. Ortada xeyli qaranlıq suallar var. Eyni ruhlu məhkəmələrsə davam edir.  Yaşlı hakimlərdən tərəfləri narazı salan qətiyyətsiz qərar
 
Salahzadə Qabil Aslan oğlu, Salahzadə Xatirə Allahşükür qızı, Salahzadə Zenfira Hacıbaba qızının İbrahimov Ağasif Şakir oğluna qarşı Sabunçu rayon məhkəməsində qaldırdığı iddia əsasında 17.05.2022-ci il tarixində qətnamə çıxıarılıb. 

Qətnamədə cavabdeh şəxsə qarşı "daşınmaz əmlaka hüququların bərpa olunması və maneələrin aradan qaldırılması" iddiası qəbul olunmayıb və məhkəmə iddianı rədd edib.

İddiaçılar məhkəmədən Daxili İşlər Nazirliyinin istirahət evinin cənub şərq hissəsində yerləşən Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi 1, 2 və 3 ünvanlarına münasibətdə İbrahimov Ağasif Şakir oğlu tərəfindən şəxsi evlərinə istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını, şəxsi evlərinin və torpaq sahəsinin özlərinə qaytarlması barədə qətnamə çıxarlmasını xahiş edib.

Ərizədə göstərilir ki, sözügedən ünvanların Bakı Apellyasiya Məhkəməsinin 17.03.2010-cu il tarixli icra vərəqəsi üzrə Salahzadə Qabil Aslan oğlunun keşmiş spiker Rəsul Quliyevin arvadı və digər ailə üzvləri – Quliyeva Zemfira Əkrəm qızına, Bağırova xanım Rəsul qızına, Quliyev Pərvin Rəsul oğluna, Quliyeva Elmira Hüseynqulu qızına, Quliyev Ziya Rəsul oğluna məxsus ünvanlardan çıxarılması tələb olunur. Qərarda o da göstərilir ki, bü ünvanların hər birinin cavabdeh şəxslərə, yəni Quliyevlərə məxsus orderləri var. 

Salahzadə Qabil Aslan oğlu isə iddia edir ki, bu orderlər saxtadır və onlara qarşı atılan bu addımlar qeyri-qanunidir. Q.Salahzadə onu da bildirir ki, bu icra işinə xitam verilməsinə baxmayaraq, icraçılar həmin ünvanların boşaldılamsını tələb ediblər. 

İddiaçılar Sabunçu rayon məhkəməsinə ünvanlanan ərizədə onu da vurğulayırlar ki, icraçılar həmin ünvanlara gələrək, mənzillərdə Salahzadələrin və onların ailə üzvlərinin olmadığını dəqiqləşdirdikdən sonra evlərə basqın ediblər. Ağasif İbrahimov və Sabunçu rayon icra şöbəsi əməkdaşları qanunsuzluq etmiş, hətta icra vərəqəsi üzrə 1926, 1927, 1928, 1929, 1931saylı bağ sahələrindən iddiaçıların çıxarılması nəzərdə tutulduğu halda qanunu əsaslarla onlara məxsus üçmərtəbəli 1 ədəd yaşayış evindən, ikimərtəbəli 1 ədədə yaşayış evindən, iki ədəd birmərtəbəli yaşayış evindən, kubik daşlarla tikilmiş 4 ədədə kottec tipli tikilidən, qanunsuz mərhum edilməklə ailə üzvlərinin digər çoxsaylı mülkiyyət hüquqları pozulmuşdur. 
İbrahimov Ağasif Şakir oğlu isə məhkəmədə qeyd edib ki, iddiaçıların sadaladıqları həmin evlər sahələr onların istifadəsindədir və yalnız icra vərəqində göstərilən ünvanların boşaldılması təmin olunub. Cavabdeh iddianın əsassız olduğunu söyləyib. 


Qətnamədə təsqdiqlənir ki, Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi üçmərtəbəli 1 ədəd yaşayış evinin, ikimərtəbəli 1 ədədə yaşayış evinin, iki ədəd birmərtəbəli yaşayış evinin, kubik daşlarla tikilmiş 4 ədədə kottec tipli tikilinin Salahzadələrin mülkiyyətində olmasına dair qeydiyyat vərəqəsi verib. 

1926, 1927, 1928, 1929, 1931saylı bağ sahələrinin boşaldılamsı isə 16.07.2010-cu ildə Ali Məhkəmənin qərarında əksini tapıb. 
Sonuncu – Sabunçu Məhkəməsinin çıxardığı qətnamədə yazılır ki, Q.Salahzadə mübahisəli bağ sahəsinin açarlarını 26.09.2021-ci ildə icra məmurlarına könüllü təhvil vermişdir. 

Sabunçu Məhkəməsi iddiaçıların iddiasını rədd etməsinə belə yadınlıq gətirir ki, iddia əsaslandırılmır, şikayətçilər özlərinin qanunu sahibliyini sübut edə bilmirlər, Zaqulba şosesi 1, 2, 3 nömrəli evlərin mübahisəli sahəylə əlaqəsi olduğu sübuta yetirilmir. 

Məhkəmə qanunveicilikdə əksini tapan bəzi hallar da əsas gətirərək şikayətçilərin iddialarını rədd etmək barədə qərar çıxarıb. 

Bir igidin ömrü yelə gedir
 
Bəs sonra? Doğrudanmı məhkəmə bir igidin ömrünə bərabər illəri insanların ömründən kəsib yellərə verdiyinin fərqində deyil. Necə ola bilər mövcud ərazinin kimə məxsus olduğu 25 ildir aydınlaşmır. Şuşa uğrunda şəhid olanların əksəriyyəti 20-25 yaş arası gənclər idi. Bu fakt “Bir igidin ömrünə bərabər” ifadəsinin heçdən yaranmadığına daha bir sübutdir. Ataların sübut etdiyini məhkəmələr süquta uğradır.
                        
Ceyhun Musaoğlu 



Oxşar xəbərlər