Azərbaycan Türkiyə qardaşlığı Qafqaz regionunu bəladan qurtaracaq konteksində - İzah


  • 13:12 / 25 05 2022 |
  • Bölmə: Gündəm
 

Nə Türkiyə keçmişdə qaldı, nə Azərbaycan. Hər iki ölkə bir-birinə nə qədər gərək olduqlarını dəqiqləşdirəndən sonra qarşılqılı dəstək yürüdülən siyasətin lokomativi oldu. 
 
Əlbəttə ölkələrin siyasətini şəxslər qurur. 1990-cı illər Türkiyəsində Azərbaycanla bağlı aparılan neqativ təbliğat, elə Azərbaycanda da qardaş xalqın mahiyyətinə xidmət etməyən dezinformasiya mühitinin formalaşması iki qardaş ölkəni az qala ögeyə çevirmişdi. Bu halı özündə əks etdirən xeyli faktlar sadalamaq olar, sadaəcə Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın verdiyi son açıqlamaya diqqət çəkmək kifayətdir.  
 
Binəli Yıldırım deyib: “Vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O. Bu mesajı bütün dünyaya göndərə bildi”.
 
Dəqiq mənzərədir. Azərbaycan Türkiyə qardaşlığı Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi ilə dönməz xarakter aldı. “İki dövlət, bir millət” ifadəsi məhz ulu öndərə aiddir. Bu estafeti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaşlığı daha böyük qələbələrə qədər çatdıra bildi. 
 
Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarixin heç bir zamanlarında belə bir nəticə almaq mümkün olmayıb. Vaxtilə azərbaycanlıları Ermənistanın törətdiyi soyqırımdan quratrmaq üçün dəstək göstərə bilməyən Türkiyə 2020-ci ildə  2020-ci ildə Azərbaycanın ən böyük probleminin həllinə möcüzəvi dəstək sərgilədi, ərazilərin işğaldan azad olunması zirvəsinə çatmaq yolunda bizə unudulmaz xoşbəxtlik yaşamağa kömək oldu. 
 
Heç unutmarıq, Azərbacan Prezidenti İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə bir cümləsi ilə Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyanı yerində otuzdurmuşdu. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Sərkisyan qondarma "soyqırımı" məsələsini qabartmışdı. İlham Əliyevin bütün dünyanı bir daha diqqətli olmağa çağıran tarixi cümləsi isə beləydi: “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".
 
Türkliyə Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhədlərini açmadı. Xeyli illər öncə açılım məsələsi gündəmə gələndəsə Prezident Ərdoğan Azərbaycanın kədəri də, sevinci də bizimdir” kəlməsi ilə mövzunu qapatdı. 
 
Azərbaycanla Türkiyə genetik bağlarla bir-birinə bağlıdır, münasibətlərin iqtisadi müstəvisi də çox önəmlidir. İki qardaş ölkə bu 
müstəvidə nəhəng işlərə imza atıblar. 
 
Türkiyə üçün Azərbaycan dayanıqlı enerji mənbəyi, Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi üçün sözügedən regiona açılan qapı, İpək yolu üzərindəki dövlətlərlə ticarət imkanı, böyük xammal ehtiyatları ilə təminat və s. rolunu oynayır. Azərbaycan üçün isə Türkiyə enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması, Avropa Birliyi ilə iqtisadi əlaqələrin dərinləşməsində tranzit ölkə, regional və beynəlxalq strateji layihələrdə dayanıqlı tərəfdaş qismində çıxış edir. 
 

Hərbi sahədə əməkdaşlıqsa artıq nəticəsini verib – Azərbaycanın 28 illik Ermənistan işğalına son qoymasında rol alan ordumuzun gücünə Türkiyədən aldığımız xüsusən dronlar və keçirilən təlmlər böyük güc qatdı. 
 
TANAP və TAP layihələrini qeyd etmədən keçmək olmaz. Bu layihə 2014-cü ildə Avropanın davamlı enerji təminatının gələcəyi olduğunu bir daha sübut etdi. Azərbaycanla Türkiyə arasında ticarət münasibətlərini tənzimləyən Preferensial Ticarət Sazişi də xüsusi önəm daşıyır. 
 
İki qardaş ölkə arasında birgə Media Platformasının yaradılması isə informasiya sahəsində çox mühüm hadisədir. Artıq bu yöndə qarşılıqlı layihələrə start verilib. Azərbaycan mətbuatının peşəkarlığının artırılması, həqiqətlərin dünyaya dolğun və obyektiv çatdırılması Media Platformasının əsas qayəsidir. Türkiyə medaiasının Azərbaycan mediasına tarixi dəstəyi Vətən müharibəsində pikk həddinə çatdı. Dünyann məkrli qüvvələrinin dezinformasiya hücumuna iki qardaş ölkənin mətbuatı bir arada layiqli cavab verdi. 
 

Dünyada bir-birinə bu qədər bağlı ikinci ölkə yoxdur. Bu məntiqin müəllifi də İlham Əliyevdir. Belə bir fenomen münasibətin qurulmasında hər iki ölkə liderinin xarakterik xüsusiyyəti böyük rol oynayır. Hələ qarşıda Qafqaz regionunda tam sülhə nail olmaq kimi bir fəaliyyət planı durur. İki qardaş ölkənin bu planı uğurla gerçəkləşdirəcəyinə sarsılmaz inam var. Bu inam o qədər güclüdür ki, davamlı sülhə qarşı çıxanlar da yanlış mövqedə olduqlarını anlayır və Qafqazın çiçəklənməsinə mane olmaq niyyətlərini tarixin qaranlığına gömürlər. 
 
Ceyhun Musaoğlu 



Oxşar xəbərlər