"Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır" - İlham Əliyev


  • 15:49 / 28 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət


Bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır.

"Rupor" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST- Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.

“104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 2 ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız bizim daim yanımızda olub. Biz 30 il ərzində bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik. Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir”, - dövlət başçısı qeyd edib.



Oxşar xəbərlər