"Zəngəzur dəhlizində irəliləyiş əldə olunub" - Türkiyə lideri


  • 16:26 / 29 05 2022 |
  • Bölmə: Gündəm / Siyasət


Qarabağ zəfəri ilə Qafqazda yeni dövr başlayıb.

"Rupor" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu zəfər ortaq coğrafiyamızda daimi sülh və normallaşmanın qarşısındakı əngəllər ortadan qaldırılıb. Azərbaycan və Ermənistanın öz aralarında olan məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq”, - Ərdoğan bildirib.



Oxşar xəbərlər