"Onlardan hesab soruşacağıq" - Ərdoğan xəbərdarlıq etdi


  • 21:35 / 11 06 2022 |
  • Bölmə: Gündəm / Dünya


"Diyarbəkir analarının 13-14 yaşlı övladlarını Kandilə qaçıranlardan bu işin hesabını soruşuruq və soruşacağıq. Bu övladlar yavaş-yavaş geri gəlməyə başladı".

"Rupor" "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Van Beşyol meydanında keçirilən kütləvi açılış mərasimində çıxış edərkən deyib.

"Bəziləri separatizm qışqırarkən biz bunun üçün qardaşlıq nəğmələrini oxuduq. Kimlərsə valideynlərin göz yaşlarını, övladlarımızın həyatını, sizin dərdinizi öz azğın ideologiyalarının məzəsinə çevirməyə çalışarkən biz onları yaşatmağa çalışırdıq. Kimlərsə terror təşkilatlarının arxasında gizlənərək demokratiyadan sui-istifadə edərkən, ananızın ağ südü kimi halal olan hüquq və azadlıqlarınızı sizə vermək üçün mübarizə apardıq. Niyə Diyarbakırlı anaların yanında olduq? Diyarbakırın anaları kürd deyildimi? O qərb demokratiyasından danışanlar bir dəfə gəlib Diyarbəkirdə analarının yanına gediblər? Onlar etmədilər. Onların problemi başqadır, bizim problemimiz başqadır. Buradayıq və Diyarbakırlı 13-14 yaşlı anaların övladlarını Qəndilə qaçıranlardan bunun hesabını soruşacağıq. Tədricən bu övladlar geri gəlməyə başladı", - Türkiyə lideri xəbərdarlıq edib.



Oxşar xəbərlər