17 kənddə su quyuları qazılacaq - Sərəncam


  • 12:25 / 19 08 2020 |
  • Bölmə: Gündəm / Bölgə


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

"Rupor"un xəbərinə görə, Sərəncama əsasən Zaqatala rayonunun əhalisi 62 916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hi
ssəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Zaqatala rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı:
 
Sıra
№-si
Yaşayış məntəqələriQuyuların
sayı, ədəd
Əhalinin
sayı, nəfər
1Aşağı Çardaxlar kəndi11170
2Bəhmətli kəndi14786
3Dağlı kəndi13300
4Əliabad qəsəbəsi111200
5Faldarlı kəndi12156
6Gözbarax kəndi12061
7Kəpənəkçi kəndi11111
8Qandax kəndi11829
9Qımır kəndi11804
10Maqov kəndi11705
11Mosul kəndi13261
12Muğanlı kəndi23006
13Muxax kəndi18210
14Yengiyan kəndi11481
15Yeni Suvagil kəndi15355
16Yolayrıc kəndi11460
17Yuxarı Tala kəndi19021
Cəmi1862 916
 



Oxşar xəbərlər