Forumdan dünyaya səsləniş - Azərbaycan Qlobal dünya nizamına təhdidlərə qarşıdır


  • 20:45 / 16 06 2022 |
  • Bölmə: Gündəm / Siyasət
 

Azərbaycan növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. Bu mərasim dəfələrlə Prezidenti İlham Əliyevin himayəsi altında Azərbaycanda keçirilb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işinə başlayıb.

Ötən forumlarda olduğu kimi dünyanın məhşur ictimai-siyasi xadimləri, prezidentlər, keçmiş dövlət başçıları Forumun mötəbər qonaqları oldular və çıxışlar etdilər. 

Dünyanın indiki vəziyyətində “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Forumun məhz Bakıda təşkili Azərbaycanın nüfuzunun nə qədər yükəsk səviyyədə olduğunu bir daha təsdiqlədi. 



Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, Albaniyanın Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabişvili, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abul Qeyt və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin iştirak və çıxış etdikləri Forumda Azərbaycan Prezidenti  açılış  nitqi söyləyib. 

Prezident nitqində dünyada yaşanan qlobal hadisələrdən danışıb, bu hadisələrin səbəb və nəticələrinə dair açıqlamalar verib, çıxış yollarını göstərib, rəsmi Bakının sülh və əminəmanlığın cahanda daha da genişlənməsinə töhfələr verməyə hazır olduğunu bidirib. 
İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının real vəziyyətini də Forum iştirakçılarının nəzərinə çatdırıb, ölkəsinin atdığı və atacağı addımlardan söz açlb.

“Avropadakı vəziyyəti müzakirə etmək lazımdır” – belə deyib Azərbaycan Prezidenti. Qeyd edib ki, Qlobal forum müxtəlif tərəflərin fikirlərini bir araya gətirməyə imkan verəcək. O, dünyanı necə daha təhlükəsiz etməyi, aparıcı maliyyə institutlarının rolunun nə olduğunu, o cümlədən ərzaq böhranını, ərzaq böhranı nəticəsində miqrasiyanın artması məsələsini müzakirə etməyə imkan verəcək”. 



Forumun əhəmiyyətinin həm də təqdimatı olan bu fikirlər Azərbaycanın qlobol prosesdə iştiraka hazır olduğunu, bir çox məqamlarda xoşniyyətli hadisələrin müəllifi, iştirakçısı olduğunu xatırlatmq baxımından da dəqiq və yerində deyilib. 
Dünyanın təlatümlər içərisində olduğu inkarsız həqiqətdir. Belə dünyada Azərbaycan kimi nümunəvi davranış sərgiləməyi bacaran ölkə də var. Həmin ölkənin 28 illik işğala 4 gün ərzində son qoyması, azad olunan ərazilərdə dərhal tikinti quruculuq işlərinə başlanılması, paralel olaraq sülh tədbirlərinə, təkliflərinə, əməllərinə imza atması, pandemiya kimi ağır faciəyə adekvat davranış sərgiləməsi, virusla mübarizədə maksimum üstünlüklər əldə etməsi yaxın tarixin pozulmaz yaddaşıdır. 

“Azərbaycan müharibədə qalib gəldi. Bu müharibə beynəlxalq hüququ, ədaləti bərpa edən müharibə idi. Bu gün biz əməkdaşlıq qurmaq istəyirik. Ermənistanla münasibətlərin normallaşdırılması təklifini biz etmişik”,- Prezident vurğulayıb.

Ölkə başçısı yartımaz siyasətin nəticəsndə iflasa uğramış Ermənistanın, xüsusən onun hökumətinin sülhə zidd addımlar atdığını da dəmir məntiqlə izah edib. Ardınca xəbərdarlıq xarakterli bir neçə kəlmə də söyləyib:

“Bu, unikal imkandır. Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda inteqrasiyanı pozmuşdu. Hazırda bu vəziyyəti düzəltmək üçün imkan yaranıb”. 

Prezident Azərbaycanın Vətən müharibəsini də unikal hadisə kimi dəyərləndirib: “Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik”.
Azərbaycanın mövqeyi bir daha səslənmiş oldu: “Biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik”.
Sülh regionunun yaradılmasına daim mane oldular. Birinci Ermənistan, İkinci onu dəstəkləyən bəzi ölkələr, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həllinə kömək etmək əvəzinə, əksinə, prosesə mane oldular, bəzi hallarda səhv istiqamətləndirdilər. Belə təşkilatlardan biri Minsk qrupu oldu.
Prezident Forumda ATƏT-ın Minsk qrupunun o dövrkü fəaliyyətinə, indki vəziyyətinə də diqqət çəkib. Ölkə başçısının çıxışından növbəti sitat: 

“Biz artıq Minsk qrupu həmsədrlərinin institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq. Onlar artıq təqaüd yaşına çatıblar. Beləliklə, mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq oyadır. Biz münaqişəni həll etdik. Minsk qrupu tərəfindən hazırlanan Madrid prinsipləri yerinə yetirilib. İndi biz Ermənistanla münasibətləri normallaşdırmaq yolları barədə düşünməliyik, sülh sazişi imzalamalıyıq”. 
Başqa yol yoxdur. İlham Əliyev çıxışında başqa yolun olmadığını, sülhün alternativinin elə sülh olduğunu, Zəngəzur yolunun açılamasının bütün tərəflərə böyük xeyr verəcəyini bəyan edib. "Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir. Bizim üçün bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”. 



Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğumuzu vurğulayıb.

Ədalət prinsipini pozmaq mümkün deyil. Ermənistan nə qədər mane olsa da, sülh sazişinə doğru hərəkət artıq başlayıb. Prezident bu prosesin çox səlis şəkildə mənzərəsini cızıb. 

“Tarixdən bilirik ki, hətta yüksək vəzifəli Ermənistan rəsmilərinin sözləri belə böyük əhəmiyyət kəsb etmir. Azərbaycanda sərhədlərin delimitasiyası üzrə komissiya yaradılıb. Ermənistan tərəfinin də eyni addımı atacağını gözləyirik”, - İlham Əliyev vurğulayıb.

Sülh danışıqlarının konkret nəticə verməsi üçün beynəlxalq səviyyədə görülən işlərin əhəmiyyətindən danışan İlham Əliyev  Gürcüstan hökumətinin dialoqu başlatmaq üçün Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını dəstəklədiyini xatırladıb, bu addımdan da Ermənistan tərəfinin imtina etdiyini söyləyib: “Avropa institutlarından biri də bu təkliflə çıxış edib, amma yenə də rədd cavabı verilib. Əgər Ermənistan sülh istəmirsə, bəs nə istəyir? Əgər yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq”.

Əlbəttə, Azərbaycan Prezidenti açılış nitqinə Azərbaycan-Ermənistan mövzusu ilə başlamayıb. Ölkəmiz dünyanın tam hüquqlu və nüfuzlu üzvüdür. Bu gün dünyanın çüğlaşdığı faciəvi dönəm çox narahatedicidir və Azərbaycan acınacaqlı vəziyyətlə mübarizə prosesində ön sıralardadır. 
Prezident çıxışına Forumun əhəmiyyətindən söz açmaqla başlayıb: 

“Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir. Biz İdarə Heyətinin üzvləri ilə dünən görüşdük və mənə məlumat verildi ki, IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var.

Mən əminəm ki, bu gün Bakıda və bazar günü Şuşada müzakirə olunan məsələlər qərar qəbul edən şəxslər üçün vacib olacaq. Çünki bu gün heç vaxt olmadığı kimi, yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, xanım Vike-Freyberqaya və cənab Serageldinə Mərkəzin və Qlobal Forumun, - hesab edirəm ki, indi bu Forum beynəlxalq aparıcı forumlar sırasında yüksək yerdədir, - transformasiyasına verdikləri böyük töhfələr üçün təşəkkürümü bildirmək istəyirəm. Həmçinin İdarə Heyətinin bütün üzvlərinə bu transformasiyada fəal rol oynadıqlarına görə təşəkkürümü bildirmək istəyirəm”.



Dünyada enerji təhlükəsizliyi böhran həddindədir. Rusiya-Ukrayna müharibəsi enerji təhlükəsizliyi məsələlərinə yenidən baxılmasını diqtə edir. Azərbaycan potensialını təqdim edib və dəfələrlə bildirib ki, qlobol enerji məsələlərində əsas aktorlardan biridir və bu fəaliyyəti genişləndirmək marağındadır. 

İlham Əliyev bu barədə danışarkən Forumun gündəliyində duran aktual mövzulardan biri kimi enerji məsələlərinə dair fikirlər səsləndirib:

“Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Bu il fevral ayının 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və gələcək addımlarımızı müzakirə etdik. Lakın Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var”.



Prezident onu da xatırladıb ki, Forum başlamamışdan bir gün öncə  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvləri ilə bu məsələni ətraflı müzakirə edib: 

Biz artıq bu işlərə başlamışıq. Biz bu səyləri davam etdirməyi planlaşdırırıq və bir il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmi istifadə oluna biləcəkdir. Bu, yalnız başlanğıcdır. Potensial daha böyükdür. Artıq biz 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalamışıq, ancaq təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir. Bu, nəhəng həcmdir və şübhəsiz ki, Azərbaycan yaşıl enerji zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacaqdır”.

Konseptual xarakterli bu çıxışın özü Forumun əhəmiyyətli nənicələrlə tarix yazacağına əminlik yaradır. Məşhur ictimai-siyasi xadimlərin çıxışları da bu əminliyin dəqiqliyini göstərir. 

Onlar gündəlikdə duran məslələrin real günümüzlə tam səsləşdiyini müzakirələrin səmərəli təkliflərin meydana çıxacağına təkan olacağını vurğulayıblar və qlobol xarakterli sülhə, əminamanlığa nail olmaq məqəsdi ilə yürütdüyü siyasətə, gördüyü işlərə görə, ev sahibi Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
 
Forum Şuşada da keçiriləcək. Bu isə özü-özülyündə növbəti möhtəşəm hadisədir. 

Ceyhun Musaoğlu



Oxşar xəbərlər