Karantinlə bağlı bu məhdudiyyətlər ləğv edildi


  • 21:17 / 20 06 2022 |
  • Bölmə: Gündəm / Sosial / Hadisə


Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

"Rupor" xəbər verir ki, qərara əsasən, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə
bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilir:

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər
yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar
istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;

- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların
“icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik
mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan
iltizamnamə tələbi.



Oxşar xəbərlər