Qarabağdakı quruculuq işlərinin müfəssəl planları hazırlanır


  • 12:43 / 22 06 2022 |
  • Bölmə: Gündəm / Hadisə / Bölgə


"Şuşa şəhərində bu işlər məhəllə-məhəllə gedir. Hər məhəllənin öz şəhərsalma əsaslandırması və müfəssəl planı hazırlanır. Ağdamda isə kifayət qədər böyük ərazi olduğu üçün buna bir az vaxt tələb olunur. Müfəssəl planlar hazırlanmalıdır ki, tam həcmli, genişmiqyaslı işlərə başlanılsın".

"Rupor" xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov APA-ya müsahibəsində deyib. 

Onun sözlərinə görə müfəssəl planları gözləmədən bəlli yerlərdə müəyyən sosial, ictimai, iqtisadi infrastruktur yaradılmağa başlanıb: "Yəni layihələndirmənin bitməsini gözləmədən paralel olaraq bir çox işlərə başlamaq mümkündür və biz bunlara artıq başlamışıq".



Oxşar xəbərlər