Rusiyadan Azərbaycana qarşı informasiya təhdidlərinə Sazişlə son qoyuldu


  • 13:04 / 25 06 2022 |
  • Bölmə: Gündəm


Ötən gün Azərbaycanla Rusiya arasında çox mühüm saziş imzalandı.
24 iyun 2022-ci il tarixində Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanan saziş belə adlanır: “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”.
Dünyada informasiyanın ən güclü və təsirli vasitə olduğinu nəzərə alsaq, bununla paralel dünyada Rusiyanın geniş və önəmli informasiya məkanı kimi qəbul edildiyinə diqqət çəksək, imzalanan sazişin Azərbaycan üçün önəmi daha qabarıq şəkildə görünəcək. 
Saziş nformasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədi daşıyır.
Təhdidlər dedikdə nələr nəzərdə tutulur? Sazişdə bu suala dəqiq cavab verilir: Dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;
mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları; terrorçuluğun təbliğatı və terror məqsədləri;
dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması; millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması; vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar sazişin tələbilə mübarizə hədəfinə çevriləcək.

Nəticədə təhlükəsizlik və sabitliyin qorunub saxlanılması;
suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət;
mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət; həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi tam təmin olunacaq. 

İki ölkə arasında bu sahədə əməkdaşlığın sənədlə təsdiqlənməsi qarşılıqlı hörmətin təzahürüdür. Bununla həm Azərbaycan, həm də Rusiya hır iki ölkənin ərazisindən bir-birinə qarşı yönələn bilən təhdidlərdən sığortalanmış olur. Gözləniləndir ki, bu günə qədər üzləşdiyimiz informasiya təhdidləri mənbələri bu sazişdən sonra zərərsizləşdiriləcək.
Onu da etiraf edək ki, Rusiya informasiya məkanından Azərbaycana qarşı mütəmadi böhtanlar atılıb. Bu böhranların müəllifləri arasında bəzi dövlət rəsmilərinin və jurnalistlərin olması da faktdır.
Təbii ki, Azərbaycan mediası belə böhtanlara anındaca adekvat cavab verib. Ancaq bu cavabın arxasında hər hansı qarşılıqlı sənəd olmadığından təhdid xarakterli fikirlərə birdəfəlik son qoyulması mümkün olmurdu. Sazişdən sonra isə problem birdəfəlik həll olunacaq. 
Bundan sonra Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklanacsq;  erməni lobbisi və  Ermənistan hökuməti təmsilçiləri Azərbaycana qarşı qərəzli planlarını birmənalı olaraq Rusiyanın informasiya məkanı üzərindən həyata keçirə bilməyəcəklər.
Sazişin imzalanmasından cəmi bir gün  keçib, artıq 
Qarabağdakı erməni  separatçıları təşviş içərisindədir. çünki onların yalanlarına, terror əməllərinə informasiya dəstəyi verə biləcək bütün imkanlar sıradan çıxarıldı. Bu, həm də 
Azərbaycan terrorçuluğa qarşı mübarizəni gücləndirməyə böyük dəstək oldu. 

Rupor Analitik Qrupu 



Oxşar xəbərlər