Özünü öldürən tanınmış ginekoloqun əri istintaqa cəlb olundu


  • 10:37 / 29 06 2022 |
  • Bölmə: Gündəm / Sosial / Hadisə


Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar etməsi hadisəsi barədə bəzi detallar məlum olub. 

"Rupor" "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində hadisənin ailə münaqişəsi zəminində baş vermiş psixoloji gərginlik fonunda baş verdiyi ehtimalı əsas götürülüb. 

Artıq X.Kəngərlinin həyat yoldaşı şübhəli şəxs qismində istintaqa cəlb edilib, onun izahat və ifadəsi alınıb.

Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O binanın qarşısındakı parkinqdəki “Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.







Oxşar xəbərlər