“Şuşa İli” xüsusi qrant müsabiqəsinin nəticələrinin analizi - QHT-lərdə nələr çatmır?


  • 12:00 / 29 06 2022 |
  • Bölmə: Gündəm


Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2022-ci il “Şuşa İli” xüsusi qrant müsabiqəsinin qaliblərini açıqladı. 

227 layihədən cəmi 22-si qalib ola bildi. Məhz bu faktın özü onu deməyə əsas verir ki, Şuşa ilində keçirilən müsabiqəyə təqdim olunan layhələr şəffaf şəkildə araşdırılıb və qərarlar da kollegial qaydada verilib. 

Müsabiqənin nəticələrinin gec açıqlanması da layihələrin ciddi və hərtərfli araşdırıldığından xəbər verir.

Bəs necə oldu ki, 205 layihə müsabiqədən kənarda qaldı? Bu suala cavab tapmaq üçün kiçik araşdırma apardıq. Məlum oldu ki, müsabiqədən keçməyən layihələrin əksəriyyəti prinsip və qaydalara uyğun gəlməyən layihələrdir. Burada büdcənin süni şişirdilməsindən tutmuş, layihənin məzmunu, ideyası və təqdim edən təşkilatın fəaliyyət sferası, iş görmə imkanlarının zəifliyinə qədər bir çox problemlər özünü aşkar şəkildə göstərib. 

Xüsusən də layihələrin ideyasında ciddi çatışmazlıqlar olub. Təşkilatlar sıradan olan tədbir mahiyyətli ideyalar üzərində layihə yazıblar. Layihələrin yazılma qaydası da olduqca aşağı səviyyədə qiymətləndirilib. Bütövlükdə kompleks şəkildə hazırlanan və görüləcək işlərin effektiv nəticəyə səbəb olacağını etiva edən layihələr, elə yekun rəqəmdən də görünür ki, çox az sayda olub. 

Əslində bu müsabiqənin nəticələri bir sıra həqiqətləri üzə çıxardı. 

QHT-lərin yaşadıqaları manelər sırasında onların ofis imkanlarına malik olmamaları, ideya qıtığından əziyyət çəkmələri, ixtisaslaşma istiqamətində püxtələşməmələri əsas problemli amillərdən hesab olunur. 

Həqiqət ondan ibarətdir ki, ilk növbədə QHT evinin yaradılması zəruridir. Belə bir xüsusi məkan olsa, təşkilatlar orada ucuz qiymətlərlə ofislər icarəyə götürə bilərlər. 

İxtisaslaşma və layihələrin effektli icrası məsələsinə gəldikdə isə bu sahədə qabaqcıl olan ölkələrin QHT sektoru ilə sıx əlaqələr qurmaq, onların təcrübələrini bölüşmək məqsədəuyğun olardı. 
 
Xüsusi qeyd olunacaq problemlərdən biri ideya zəifliyidir ki, bu məsələnin də həlli yolu var. 

QHT Agentliyi "İdeya bank"ı yarada bilər. Bu bankda il ərzində ideyalar toplanar və onlar QHT-lərə ödənişli əsaslarla təqdim olunar. Bu yanaşma həm də bazar iqtisadiyyatının tələblərinə tam uyğundur. 

Bütövlükdə götürəndə isə “Şuşa İli” xüsusi qrant müsabiqəsinin obyektiv keçirildiyini söyləmək olar. 

Rupor Analtik Qrupu



Oxşar xəbərlər