Nərimanovdakı binaların birində lift qırıldı - Yaralananlar var - Video


  • 22:30 / 04 07 2022 |
  • Bölmə: Gündəm / Video / Hadisə


Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binalarından birinin lifti qırılıb.

"Rupor" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə İzzəddin Həsənoğlu 6 ünvanında baş verib. Nəticədə bir neçə nəfərin xəsarət aldığı deyilir. Əraziyə təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Daxili işlər Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.

Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.






Oxşar xəbərlər