Bu dəfə narkotik qaçaqmalçııları DSX əməkdaşları oldu - Tutuldular


  • 13:40 / 22 07 2022 |
  • Bölmə: Gündəm / Hadisə


Dövlət Sərhəd Xidmətinin hərbçiləri sərhədi pozarkən saxlanılıb.

DSX-dən "Rupor'"a verilən məlumata görə, iyulun 21-də Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə giz­lədilmiş 4 bağlama aşkar olunub. Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən DSX-nin müd­dət­dən artıq hərbi qulluqçuları olmaları müəyyən edil­ib. Cinayətin təşlikatçısı olan Bərdə sakini 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram “marixuana”, 7 kq 600 qram “heroin”, 400 qram “metamfetamin”)və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.

Baş Prokurorluq və DSX tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir



Oxşar xəbərlər