Ziya Məmmədov Ramiz Mehdiyevin nəvəsinin toyundan danışdı


  • 18:21 / 22 08 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Keçmiş nəqliyyat naziri Ziya Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən və buna görə onun kürəkəni, eks-deputat İlham Əliyevin məhkəmə tərəfindən cəzalandırılmasından danışıb. 

"Rupor" xəbər verir ki, Ziya Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər bir vətəndaş üçün eynidir:

"O insanlar məhkəmənin qərarı ilə cəzalandırılıblar. Ona görə də mən bu məsələyə əlavə şərh vermək istəməzdim. Şübhəsiz ki, hamı qayda-qanunlara əməl etməlidir. Mən hər zaman qanunların tələblərini dəstəkləyirəm. Qayda-qanun hamı üçün eynidir. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq, hamı qanunların tələblərinə əməl etməlidir".


Ziya Məmmədov sözügedən toy mərasimində iştirak etmədiyini söyləyib:

"O toyda mənim iştirakımla bağlı yayılan xəbərlər cəfəngiyyatdır. Mən isə cəfəngiyyat adamı deyiləm. Mən etdiyim işi heç vaxt gizlətmirəm, deyirəm ki, olub".




Oxşar xəbərlər