Tanınmış jurnalist cütlüyün oğlu beynəlxalq olimpiadada medal qazandı


  • 11:30 / 24 07 2022 |
  • Bölmə: Gündəm / Sosial


Məşhur aparıcı və bloqerlər Tural Yusifov və Səma Abiyevanın oğlu Almaniyada keçirilən beynəlxalq olimpiadada gümüş medal qazanıb.

“Rupor”
xəbər verir ki, tanınmış cütlük bu sevincli xəbəri feysbuk səhifələrində paylaşıblar:

“An etibarıyla bu cavan oğlan Frankfurtda keçirilən STEM Grand Finalda kodlama kateqoriyasında gümüş medal qazandı. Onunla birgə gedən digər komanda yoldaşları da riyaziyyat, təbiət elmləri kateqoriyasından gümüş və bürünc medal qazanıblar”, - deyə Tural Yusifov yazıb.  
Həmçinin Səma Abiyeva da bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Gəlir! Dünya üzrə STEM Grand Finalda 10-11-12-ci (Almaniya) siniflər üzrə kodlaşma yarışında gümüş medal qazanıb gəlir! Öz yaşıdları arasında ikinci oldu”.





Oxşar xəbərlər