Səfirliyimizə hücumu karlar və korlar kimi qarşılayanların utancverici həyatı


  • 12:04 / 05 08 2022 |
  • Bölmə: Gündəm / Hadisə
 


Ceyhun Musaoğlu

Ağır hadisələr yaşayırıq. Bir tərəfdən mənfur terrorçu ermənilər, bir tərəfdən qara bayrağı qırmızı bayraqdan ucaya qaldırmaq istəyən qüvvələr, bir tərəfdən dövlətin ayağına daş dəyməsini böyük həvəslə gözləyən, sonra onu dağa döndərməyə girişən siyasətbazlar, bir tərəfdən cəmiyyətdə azərbaycanlı adına ləkə olan ünsürlərin göbələklər kimi çöxalması, bir tərəfdən də sosial şəbəkələrdəki tərbiyəsizliyin pik həddə çatması. 

İndi sayaq görək yaradılışdan təlatümlərlə baş-başa qalan dövlətə neçə istiqamətdən hücum olunur. Bir hücum da Londondakı səfirliyimizdə yaşandı. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal “dini dəstə”nin hücumuna məruz qalıb. Məlum olub ki, hücum "Mehdinin xidmətçiləri ittifaqı" (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil edilib. London polisi 8 nəfəri saxlayıb. 

Bu mənfur hadisə ilə bağlı dünəndən xəbərlər yayılır. Mehdiyə xidmət edənlərin şeytana quyruq buladıqları hər addım təsdiqlənməkdədir. İşin ikrah doğuran məqamısa ondan ibarətdir ki, bu təsdiqləyicilər sırasında o radikal müxalifət nümayəndələrindən, Taleh Hacılının tərəfdarlarından, sosial şəbəkələrdə Azərbaycan adına ləkə olan dilənçi əməl sahiblərindən bir nəfər belə, yoxdur. 

Hər hansı ölkənin səfirliyinə edilən həmlə, elə o ölkənin adamlarına, xalqına, dövlətinə edilən həmlə kimi dəyərləndirilir. Məgər məlum hücumu karlar və korlar kimi qarşılayanlar bu gerçəyin fərqində deyillərmi? 

Səfirliyə basqın ermənilərin nəzarətində olan yüksəkliklərin ötən gün Azərbaycan Ordusunun nəzarətinə keçməsindən dərhal sonra baş verdi. “Qisas” əməliyyatı ətraflarında yalançı güc imici yaradan, Ukraynanın Rusiya qarşısında aciz duruma düşməsində səbəbkar olan bəzi ölkələrin canına vəlvələ salıb. Nə bilirsiz, bəlkə elə o “Qisas”ın  qisasını alamq istəyirlər bizdən? Yoxsa Mehdinin şeytan niyyətli xidmətçiləri indi niyə peyda olurdular? Peyda olub da bayrağımıza əl uzadan bu ünsürlərin sərt cəzalanmasını tələb etməyənlərin, hadisəni pisləməyənlərin Vətən sevgisi səmimiyyətinə necə inanasan? 


Hanı Avropdakı vətənşüvənlər? Londonda plakatlar açıb, “Səfirliyimizə əl uzadanların əllərini kəsərik” şüarını niyə səsləndirmirlər? Ermənilərin yaratdıqları qondarma quruma respublika deyən Tural Sadıqlı həm də səfirliyə hücum aktına qarşı biganəlik edirsə, düşmən adam deyl bəs kimdir?
Üzdə olan bu həqiqətlərə söykənməkdən başqa çıxış yolu yoxdur. Azərbaycanın Vətən müharibəsi qələbəsi məkrli ölkələri məyus edib. Belə məqamda qaziyə, şəhid ailəsinə, dindara, siyasətçiyə, bloqerə parçalanmaq qəti qadağandır. Yaxın tarixə baxın, xalqları əvvəl parçalayır, sonra dövlətlərini dağıdırlar.  

Özümüzü adımıza layiq əzəmətli aparaq. O 5-6 erməni terrorçularını da ərazilərimizdə ya öldürəcək, ya da bizim olan yerlərdən qovacağıq. Necəki, “torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik” deyənlər sonradan Şuşa ilə görüşəndə utandılar, Xocalıya, Xankəndinə sahib olanda da eləcə xəcalət çəkəcəklər. İnanmadığı hadisə baş verəndə adam başını aşağı salır, inandığın hadisədənsə qürrələnirsən. 

Azərbaycan xalqını qürrələndirməyi bacaran dövlətdir, bu həqiqətə tapının! 
 


 



Oxşar xəbərlər