Laçında yaşayan ermənilər bu ayın sonuna qədər şəhəri tərk etməlidirlər.

Rupor" xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosuna şəhərdə yaşayan ermənilər bildirib.

Laçında qanunsuz olaraq yaşayan erməni Anna Markaryan qeyd edib ki, bu barədə onlara şəhərin “meri” və “administrasiya rəhbəri” görüş zamanı deyib.

O bildirib ki, hara köçürüləcəklərinə dair məlumatları belə yoxdur: “Kompensasiya barədə də bir söz belə demədilər. Guya kompensasiya olmalıdır. Lakin nə vaxt və necə olacağını biz bilmirik”.

Bu arada Laçının Zabux kəndində qanunsuz olaraq məskunlaşan ermənilərə kəndi tərk etmək tapşırılıb. Belə ki, kənd sakini Ayk Xanumyan “Azadlıq” radiosuna bildirib ki, onlara kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib: “Bizə dedilər ki, ruslar gedəcək, azərbaycanlılar gələcək




Oxşar xəbərlər