Laçını tərk edən ermənilər obyektlərə ziyan vurmağa davam edir - VİDEO


  • 11:31 / 11 08 2022 |
  • Bölmə: Gündəm / Hadisə


Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb.

“Rupor” xəbər verir ki, görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını görmək mümkündür. Sözügedən video erməni teleqram kanallarında yayılıb.

Göründüyü kimi, ermənilər həmişə olduğu kimi tarixi abidələrə ziyan vurur.

Qeyd edək ki, Laçında yaşayan ermənilər “Azadlıq” radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.

[media=https://ok.ru/video/3930525862506]



Oxşar xəbərlər