Qazi özünü qardaşına yazılan qanuni protokola etiraz olaraq yandırıb - Rəsmi


  • 23:50 / 18 09 2022 |
  • Bölmə: Gündəm / Sosial / Hadisə


Daxili İşlər Nazirliyi özünü yandırmağa cəhd edən Vətən Müharibəsi iştirakçısı ilə bağlı məlumat yayıb.

"Rupor"
a daxil olan məlumatda deyilir: 

"Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiliyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilib. 

Lakin saat 20 radələrində E.Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb. Burada ona zəruri köməkliklər göstərilib və hal-hazırda müalicəsi davam etdirilir. 

Baş verən hadisə ilə bağlı araşdırmalar aparılır".




Oxşar xəbərlər