Nensi Pelosinin Ermənistandakı siyasi aktyrorluğu ABŞ-ı Qafqazada daha da nüfuzdan saldı


  • 14:14 / 19 09 2022 |
  • Bölmə: Gündəm / Siyasət / Hadisə

 
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və bu səfər çərçivəsində atdığı addımlar, səsləndirdiyi səsrsəm açıqlamalar ABŞ-ın nüfuzuna böyük zərbə oldu. 


Dünyanın əksər ölkələrinin işğalçı kimi tanıdığı Ermənistanı sülh göyərçini göstərmək onlardan saf xalq, ölkə obrazı yaratmaq səyləri olduqca məntiqdən uzaq və miskin bir mənzərə yaratmış oldu. 

Azərbacan 44 gün ərzində torpaqlarını işğaldan azad edərkən heç bir ölkə Ermənistanın işğalçı olmadığını bəyan etmədi, Azərbaycanı yanlış hərəkət etməkdə qınamadı. Hətta Ermənistanın üzvü, sonradan sədri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) belə, rəsmi İrəvanın “bizə kömək” edin yalvarışına məhəl qoymadı, Rusiya Prezidenti Vladimir Putin müharibənin Azərbaycan ərazilərində, bu ərazilərin azadlığı uğrunda aparıldığını dedi. 

Belə olan təqdirdə ABŞ rəsmisinin Ermənistanda özünü xristian mələyi kimi aparması, təcavüzkara sülhpərvər deməsi çox gülünc göründü. Nensi Pelosini həm də xaraktercə məkrli varlıqdır. Onun həm öz ölkəsinin siyasətinə etdiyi müdaxilələr, həm də xarici səfərlərində söylədiyi fikirlər qıcıq yaratmağa, lobbi maraqlarına xidmətə, regionda gərgnlik yaratmağa yönəlib. Onsuz da cəmiyyət ABŞ-ın adı gələndə üzünü yana çevirirdi, Nensinin xəbis davranışından sonra onun ölkəsinin nüfuzuna daha bir zərbə dəy
di. 

Çin dünyanın nəhəng ölkələrindəndir, iqtisadi inkişafı ABŞ-ı mat vəziyyətə salıb. Nensi sülhpərvər siyasətçi olsaydı, belə bir dönəmdə Tayvana gedərək Çini qızışdırmaq hərəkətindən yan qaçardı. O isə əksini etdi. Hazırda Çinlə ABŞ arasında münasibət daha da gərginləşib. 

N.Pelosinin Ermənistana səfərinin də məqsədləri merkantil maraqlardan qaynaqlanır. Birinci səbəb odur ki, ABŞ regionda sülhün bərqərar olunmasını istəmir. Azərbaycanın Qafqazın lider dövləti olması amerikalıların istəyinə uyğun deyil. Nensi Ermənistanın başını tumarlamaqla onları sülhdən uzaqlaşdırmaq niyyəti güdür. Təbii ki, nə qədər sülh olmayacaq, regiondan qan-qada əskilməyəcək. Özünü demokratiya və insan haqqarının dayağı sayan ABŞ qan tökülməsinə rəvac verərək Nensi xanımı terrorçu ölkəyə göndrib onların başları altına yastıq qoydurursa, şeytana xidmət etmiş sayılmırmı?
 
Bayden adminstrasiyası xüsusən xarici siyasətdə kobud naşılıqlar edir ki, bu da onların uzaq strateji planlarının olmadığını göstərir. Çoxdan qətiləşib ki, bir də heç vaxt Minsk Qrupu olmayacaq. Bu Qrup ölüb, ölünü diriltmək mümkün deyil. ABŞ gücünü ölü diriltməyə sərf edir, ardınca da nümayəndəsini bütün qonşularını bezdirən, ölkələr arasında qara ləkə kimi tanınan Ermənistana göndərir. 

Əlbəttə ağıllı adam, praqmatik siyasətçi belə səfərlərə razılıq verməz. Yalnız  Nensi Pelosi kimi siyasi karyerasında lobbilərlə çirkin münasibətər quran, adı korrupsiya işlərində hallanan şəxs işğalçını, terrorçunu qaranlıq məqsədlərinə alət edə bilər. 

Nensinin səfərinin daha  bir səbəbi barədə ehtimalı BBC gündəmə gətirmişdi. BBC ehtimal edirdi ki, Pelosi “Konqres üzvlərinin hədəfi olmamaq üçün" səfərinin real məqsədini gizlədir: “Onun Ermənistana səfəri ABŞ-ın daxili siyasi gündəmi  və ölkədəki  erməni lobbisinə yaxınlıq ehtiyacı duyması  ilə əlaqəlidir” (https://www.bbc.com/azeri/region-62932331).

 ABŞ-ın Azərbaycandakı sabiq səfiri Richard Kauzlarich də BBC-nin ehtimalını dəstəkləyib və  daha da  inkişaf etdirib. Bildirib ki, Nensinin  Ermənistana səfəri “çoxlu amerikalı erməni seçicinin yaşadığı  Kaliforniya ştatındakı daxili siyasətlə bağlıdır. O, gələn ay- noyabrın ortalarında- keçiriləcək aralıq seçkilərində erməni lobbisinin, erməni seçicilərinin səsini qazanmaq istəyir”. Erməni lobbisi ABŞ-da öz gücünə görə sayca  4-cü yerdədir. 
Nensi erməni icmasından ianə qismində  50, səfər xərcləri üçün 25, Paşinyanı tərifləmək üçün 15 milyon dollar  alıb 
 
Amma Konqres spikerinin İrəvan səfərinin müzakirəsi və araşdırılması kontekstində yeni faktlar ortaya çıxıb. Bəlli olub ki, Nensi Pelosinin Ermənistan turunun səbəbi yalnız Demokratlar Partiyasına seçici qazandırmaqdan ibarət deyil. 

Bəllidir ki, Pelosinin  İrəvana səfəri barədə informasiyalar  sentyabr ayının  əvvəllərində gündəmə gəlmişdi. Amma  ABŞ höküməti  səfər  xərclərini ödəməkdən imtina etdiyi üçün səfər ləğv olunmuşdu. ABŞ  höküməti “sadə amerikalı vergi ödəyicilərinin hesabına Nensi Pelosinin İrəvan səfərinə maliyyə ayırmaqdan imtina etmişdi”.  İndi bəlli olub ki, Nensi Pelosinin səfər xərclərinin bir hissəsini Konqresdə fəaliyyət göstərən  Amerika Erməni Kommitəsi-ANCA ödəyib. Digər  hissəsi isə Rusiyalı biznesmen Ruben Vardanyanın payına düşüb. Nensi Pelosinin İrəvana səfəri erməni icmasına  nə az,  nə çox, tam  120 milyon dollara başa gəlib. 

 Səfərin xərclərinin ödənilməsi haqqında açıq mənbələrdən görünür ki, Vaşinqtondakı erməni lobbiçilərin hesabına  Ruben Vardanyanın bankı vasitəsilə 75 milyon dollar vəsait  köçürülüb. Bu məbləğin 50 milyon dolları Demokratlar Partiyasına “birdəfəlik ianə” kimi nəzərdə tutulub. Yerdə qalan 25 milyon dollar isə Nensinin 72 saatlıq səfərinin  təhlükəsizlik və digər xərclərinə sərf edilir. Səfərin təşkilatçısı qismində çıxış edən  erməni şirkəti ABŞ Nümayəndələr Palatasının spikeri Pelosinin hesabına  daha 15 milyon dollar ayıracaq ki, o, yekun bəyanatında  Nikol Paşinyanın müdafiəsi üçün əlahiddə  fikirlər səsləndirsin. Vasitəçi şitkət nümayəndələri olan  3 nəfər isə, hərəyə 10 milyon dollar olmaqla, ümumilikdə  30 milyon dollar “qonorar” alacaqlar.

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların monitorinqini aparan “Trap Aggressor” analitik qrupu isə məlumat yayıb ki, ən məşhur 10 nəfər  rus oliqarxının yarısı hələ də sanksiyalar altında deyil (https://www.epravda.com.ua/rus/news/2022/08/5/690060/). Qrup sanksiyadan kənarda qalan milyarderlərin adlarından ibarət siyahı tərtib edib. Amma maraqlıdır ki, araşdırmaların heç birində Ruben Vardanyanın adı keçmir. Bəs Ruben Vardanyan niyə kənarda qalıb, hansı səbəblərdən sanksiya tətbiqindən yayındırılıb? Sualın cavabı indi aydın olur. Bəlli olur ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi  “Troyka  pulyuyan maşını” sexeminin müəllifi olan Ruben Vardanyanla şübhəli əlaqədədir, ondan ianələr qəbul edir. Vardanyanın sanksiyalardan yayına bilməsinin səbəblərindən biri də məhz budur. Bu informasiyanı gizlətmirlər. Açıq mənbələrdə paylaşıblar. Pulu erməni lobbisindən alıb Azərbaycanı ittiham edirlər.
 
Ümumiyyətlə, hər şeyin aydın və açıq olduğu bir vəziyyətdə, ABŞ-ın, Fransanın dəxli olmayan təkliflərlə çıxış etmələri, prosesi fərqli istiqamətə yönləndirmə cəhdləri nəyə xidmət edir?

- Ermənistan 30 il işğalda saxladığı Azərbaycan torpaqlarından çıxarılıb; 
- 10 noyabr sülh zazişi imzalanıb, bu saziş həm də Ermənistan üçün kapitulasiya aktıdır;
- Sazişdə bütün maddələrə əməl olunması hər iki tərəfin qarşısına şərt kimi qoyulub;
- Azərbaycan bu şərtlərə yüzdə yüz əməl edir, Ermənistan isə hələ də daxili siyasi çaxnaşmaların burulğanında, ABŞ və Fransa kimi ölkələrin məkrli oyunlarında başı gicəllənə-gicəllənə qalıb;
- O dərəcədə gicəllənib ki, Azərbaycan ərazilərinə yenidən minalar basdırmaq, toxunulmaz sərhəd xəttində istehkmalar qurmağa qədər “irəliyə” gedib və nəticədə Dəmir Yumruqla üzləşib. 
- noyabrın 10-u 2020-ci ildə başlayaraq Ermənistana sülh əlini uzadan Azərbaycanın “çaşsan başına Dəmir Yumruq yenə dəyəcək” xatırlatması da ermənilərə aydın informasiya verə bilmədi.
- Əslində erməni xalqı sülhün alternativi olmadığını, Azərbaycanla düşmən kimi davranmağın ziyanla nəticələnəcəyini, yaxşı bilirlər, sadəcə nensilərin ölkəsi Ermənistan hakimiyyətini girovda saxlayır. Bununla yanaşı, erməni müxalifətini də hakimiyyətə qarşı qiyama sürükləyirlər ki, bu ölkənin ümumiyyətlə manevr etmək imkanı olmasın, daim vassal dövlət kimi qalsınlar, ABŞ, Fransa və özünü bu dövlətlər kimi aparanlar da ermənilərdən Azərbaycan və Türkiyə əleyhinə effektiv şəkildə istifadə etsinlər. Ermənilər zatən regionda yaradılan mutant xalqdır – məqsəd Azərbaycan və Türkiyəni təhdiddə saxlamaqdır. 


Bu qədər aydın bir vəziyyətdə yeni sənədlər, yeni qurumlar yaratmağa, qondarma soyqırım abidəsi önündə Nensi kimi timsah göz yaşı tökməyə nə ehtiyac var. Tarixin elə bir dönəmi yoxdur ki, türkün erməniyə soyqırım etdiyi təsdiqlənsin, ancaq erməninin 10 minlərlə insanı həm Azərbaycanda, həm də Türkiyədə soyqırıma məruz qoyduqları regiona aid bütün tarixi faktların əsasını təşkil edir.

Belədirsə, Nensi xanım niyə gəlib Qubada ermənilərin qətlə yetirdiyi minlərlə azərbaycanlıların sümüklərinə baxıb ağlamır? Yoxsa ABŞ-ın nöbəti Hollivud filmini Ermənistanda çəkmək planı var. Belədirsə, filmə ad da təklif edə bilərik: “Adam timsahın göz yaşı korrupsiyası”.
 
Fransanın BMT-nin Təhlükəsizlik Şurasında sərhəd toqquşmasını gündəliyə gətirməsi də hazır ssenaridir. Amma yanılırlar, belə ssenarilərlə çəkilən filmlərə baxmazlar, həqiqət payı olmayan filmlər tamaşaçını pultun düymələri ilə oynamağa vadar edir. 

Azərbaycan Ermənistan sülhə gələcəyi təqdirdə onunla sığalla danışa bilər. Yoxsa ki, sərhəddə təxribatlar törətsin və başına endirdiyimiz yumruğun ağrsından Makrona, Baydenə sığınsın, onlar da məntiqsiz sənədlərlə baş aldatsınlar..., belə heç film də olmur. 

Ortada 10 noyabr sazişi var, erməni terrorçularını daha çox qırılmaqdan xilas edən saziş. Ardınca Brüssel gündəliyi gündəmdə və qüvvədədir. Niyə bu sənədlərdəki şərtləri kənara qoyub yeni şərtləri müzakirəyə çıxarmalıyıq? Yoxsa, Fransa və ABŞ Şarl Mişelin və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşırlar?.. Bir tərəfdən MQ canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız ümidlər verirlər. 31 avqustda Brüssel görüşündə real nəticələrin olmaması bu siyasətin nəticəsi idi. Bundan cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina etdi və təxribatlara əl atdı. 
Azərbaycan sübut etdi ki, ədalət mütləq qalib gəlir. Nensi işğalçı ölkə barəsində belə deyib: “Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlar təşkil edilib” (https://www.azatutyun.am/a/32039652.html). Yalan ayaq tutar, yeriməz deyiblər. Hanı Ermənistanın ərazisi? 12-14 sentaybr tarixlərində erməni diversiya qrupu Azərbaycan ərazilərinə
soxulmaq istəyib. Bu hadisələri təsdiqləyən yüzlərlə görüntülü fakt var? Azərbaycan sülh istəyir, sülh istəyən tərəf durduğu yerdə silaha əl atmaz.  

Pelosi onu da vurğulayıb ki, “səfərdə olan nümayəndə heyəti sülh sazişinin perspektivlərini təhdid edən bu hücumları ABŞ  Konqresi adından qətiyyətlə pisləyir”.

Sülh sazişinin perspektivləri o sənədə alternativ sənədər təqdim edəndə pozulur, xanım Nensi. ABŞ və Fransa ortada olan köklü sənədlərə alternativ sənədlər təklif edir. Sülh prosesində müdaxilələr heç vaxt xeyrə yozulmur. Sülhün alternativinin olmadığını da xatırltmaq yerinə düşər. Azərbaycan müharibədən sonra görüləsi işləri böyük həvəslə icra edir. Biz öz yolumuzdayıq, bu yol sabaha aparır. 
 
Ceyhun Musaoğlu 
 
 



Oxşar xəbərlər