"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində yaranan problem aradan qalxdı


  • 22:41 / 21 09 2022 |
  • Bölmə: Gündəm / Hadisə / Bilgi


Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində yaranan problem aradan qaldırılıb.
Hadisənin yaşandığı ilk dəqiqələrdə "Bakcell" şirkətindən "Rupor"a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk.
Abunəçilərimizə əlavə məlumat veriləcək".
"Nar" şirkətindən də  həmin ərəfədə texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yarandığı bildirilmişdi: "Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik".
Artıq hər iki şirkətin yaşadığı problem aradan qaldırılıb: 
"Artıq abunəçilərimiz rahatlıqla "Bakcell" xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - şirkətdən bildirilib.
“Nar” şirkətindən də üeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.





Oxşar xəbərlər