27 sentyabr – xalqa əbədi xoşbəxtlik yaşadan 44 müqəddəs günün ilk mübarək tarixi


  • 08:49 / 26 09 2022 |
  • Bölmə: Gündəm


Saatlı rayon icra və probasiya söbəsinin rəisi, 
ədliyyə muşaviri Araz Huseynov
 
Elə bir azərbaycanlı olmadı ki, yurdlarımızın 28 illik işğalı dövründə “biz o yerlərə qayıtmayacağıq” desin. Ulu öndər Heydər Əliyevin Prezident olduğu dövrün ilk illərində beynəlxalq görüşlərə Azərbaycan xəritəsi ilə gedirdi. Xəritəni açıb, ölkəmizi qarış-qarış göstərir, işağlda olan Qarabağ və ətrafındakı rayonların Azərbaycanın əraziləri olduğunu söyləyirdi. Heydər Əliyevin “Dönəcəyik, Kəlbəcərə də dönəcəyik, Laçına da qayıdacağıq... bayrmaların bir ilini Zəngilanda, bir ilini Qubadlıda bir ilini işğaldan azad etdiyimiz digər rayonlada keçirəcəyik...” deməsi hələ də beynimizin ən səliqəli yerində eşidilməkdədir. 

Prezident İlham Əliyev də eyni yolu getdi. Qarabağın azad olunacağı mövzusunda bir dəfə də olsun inkar xarakterli fikir demədi. “Ərazilərimizi mütləq işğaldan azad edəcəyik” dedi və etdi. 

Bəzən sənət adamlarımız “Gələn bayramı Şuşada keçirək deyəndə” bir qədər narazı obraz alırdıq. “Bu sözləri nə qədər demək olar...” ifadəsi ilə gileylənirdik. İndisə şükr edirik, nə yaxşı Heydər Əliyev ölkəni xəritə-xəritə tanıtdı, nə yaxşı İlham Əliyev bir dəfə də olsun “azad edəcəyik” kəlməsinin əleyhinə fikir işlətmədi. Nə yaxşı sənətçilərimiz, ümumilikdə xalqımız nikbin əhvalı kainata ötürdü. Kainatın idarə olunma mexanizmi var. O mexanizm heç vaxt dayanmayıb, dayanmır və işləmə funksiyasına zərrə də xələl gəlmir. Kainata nə ötürssən özünə qayıdacaq. Kvant fizikasının təsdiqinə uyğun olaraq sözlərin enerjisi kainatın tezliyinə qarışır, fikrin, sözün gücü ilə arzuladığına çatırsan. Bütün dini kitablar insana Allahın ruhundan üfürüldüyünü deyir. Söz də həmin enerjinin sıxılmış variantıdır. Bir sözlə müharibələr olur, bir sözlə sülh müqaviləsi bağlanır. Bir sözlə ordu ayağa durub, Qarabağı terrorçu ermənilərdən təmizləyir. 



Sentyabrın 27-dir. Mübarək 44 günün başlanğıcı. 28 il idi xalq bu günü gözləyirdi. Müharibə qandır, qadadır, ölümdür, itimdir – bu gerçəyi bilə-bilə xalq müharibə arzulayırdı. Əmindik, savaş başlasa, mütləq qalib gələcəyik. 28 illik işğala 44 gün ərzində son qoyulması isə bəşər tarixində ilk oldu. Bu ilkə Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev imza atdı. “Xalqımın inzası var imzalar içində” deyimi heç vaxt Azərbaycana bu qədər yaraşmamışdı. İmzamızı tez silirdilər. Çar Rusiyası zamanında bizimlə vassal kimi davranırdılar. Məktəb yox, elm yox, kişilərimizi əsgərliyə aparan yox, bu üzdən təbii ki, ordu yox. Sanki Azərbaycan xalqı qul kimi yaşamağı haqq etmişdi. Xeyr, bizim ərazimiz də qədimdir, əhalimiz də, mədəniyyətimiz də. Azərbaycanın 20 əsr öncə həm elm, həm savaş, həm insanlıq prizmasından dünyaya hökm edən şəxsiyyətləri olub. Bizi azmı qırdılar... Çar getdi, kommunist partiyası gəldi. Onlar da sovet qurub Azərbaycanı daxillərində əritmək istədilər. Bizdən alıb, erməniyə verdilər. İlahi həqiqət, dəmir məntiq, kainata ötürülən informasiya öz işini gördü. Nə xoşbəxtik ki, o günləri yaşamaq bizim dövrümüzə düşdü.



27 sentyabr xoşbəxtlik tarixinin rəqəminə çevrildi. İgidlərimiz ən şirin nemət olan canları bahasına bu xoşbəxtliyi xalqa yaşatdılar. Yaşatdılar və ən uca zirvəyə ucaldılar. Ədliyyə sıralarından da şəhidlərimiz olub. Birinci Qarabağ, ikinci Qarabağ savaşlarında, bu illər ərzində düşmənin hücumlarına qarşı həyata keçirdiyimiz əks hücumlar zamanı övladlarımızı cismən itirdik. Hər kəs həyatını nə vaxtsa itirəcək, ancaq şəhid olmaq əbədi həyatı qazanmaqdır. Eynən Ruhin Xəlilov kimi.



Müqəddəslik qazanan Ruhin Xəlilov 13 mart 1987-ci ildə Cəbrayıl rayonunda doğulub. Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi, Birinci dərəcəli dövlət qulluqçusu, olub. Kapitan rütbəli igidimiz Vətən müharibəsi başlayan gündən könüllü olaraq cəbhəyə gedib. 21 oktyabr 2020-ci ildə  Qubadlı rayonunun azadlığı uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub, ikinci fəxri xiyabanda dəfn edilib.
Ruhin Xəlilov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Vətən uğrunda", Qubadlının azad olunamsına görə medalı ilə təltif edilib.  



Ona Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilib.
Memorial. az saytı qəhrəman qardaşımız barədə ətraflı yazıb. Cəbrayıl rayonu erməni işğalına məruz qalanda Ruhinin cəmi 6 yaşı var idi. 6 yaşında doğulduğu rayonu məcburən tərk edən uşaq igid həyatı yaşayaraq Vətən torpağının xilaskarlarından birinə çevrildi. Rahat işini, isti kabinetini soyuq səngərə dəyişən könüllü vətən fədaisi oldu.

Cəbrayılın işğalından sonra ailəsi Xırdalan şəhərində məskunlaşmışdı. Ruhin Xəlilov orta məktəbə Xırdalanda gedib, təhsilini də elə burada bitirib. 
 
Vaxtilə təhsil aldığı məktəbin müəllimləri deyirlər ki, Ruhin məktəbin ağıllı, tərbiyəli və savadlı şagirdlərindən biri olub və bu keyfiyyətlərinə görə də həmişə fərqlənib.



Doğulduğu Cəbrayılı azad etmək eşqi ilə yaşayan Ruhin yaşa dolduqca, Vətən nisgilini də içində böyüdüb. İnanırdı ki, nəhayət bir gün doğma rayonun azad olunması uğrunda savaşan əsgərlərdən biri məhz o özü olacaq. Bu arzu-istəklə ali təhsil aldı, hüquqşünas ixtisasına yiyələndi...
Ali təhsilini Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirib, ədliyyə sistemində işə qəbul olunub.
2011-ci ilin 14 oktyabrında Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən ədliyyə orqanlarına dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə yekun vurulanda, uğurlu nəticəyə nail olan 56 namizəd arasında Ruhin Müzəffər oğlu Xəlilovun da adı var idi.

Ədliyyə işçisi kimi Biləsuvarda, İmişlidə çalışdı, 10 ilə yaxın müddətdə vəzifə pilləsində addım-addım yüksəldi. Çalışdığı yerlərdə prinsipallığı, haqq-ədalətin müdafiəçisi kimi hörmət-izzət qazandı.

İmişli Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışanda ədliyyə qulluğunu nöqsansız yerinə yetirməsi onu rəhbərliyin gözündə daha da ucaltdı.

Bacarığına, dürüstlüyünə, məsuliyyətli olmağına, peşəkarlığına inanıb irəli çəkdilər – Bakıya Ədliyyə Nazirliyinə işə gətirdilər. Ədliyyə kapitanı rütbəsinə yüksəldi.

Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olanda artıq bıçağın sümüyə dirəndiyini, daha geriyə yolun qalmadığını düşünən kapitan Ruhin Xəlilov ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə getmək üçün yazıldı.

Beləcə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi, kapitan Ruhin Xəlilov işindən istefa verərək, Vətən Müharibəsi başlayandan 3 gün sonra - oktyabrın 1-də könüllü cəbhəyə getdi.

O, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan Şanlı Ordunun minlərlə əsgərindən biri oldu... Ruhin Xəlilov doğulduğu və 6 yaşına kimi yaşadığı Cəbrayılın düşmən tapdağından azad olunduğu günü görə bildi.

Bacısı Gülnar Xəlilova deyir ki, Ruhin Tovuz hadisələrindən sonra da könüllü yazılmışdı. Bu haqda ailədən heç kimə deməyib, sonradan məlum olub: “Cəbhədən zəng edəndə deyirdi hər şey yaxşıdı, çox şey söyləmirdi... Öz rayonumuz – Cəbrayıl alınanda mesaj yazmışdı ki, doğma torpaqdayam. Sizi bura gəzməyə gətirəcəm”.

Ədliyyə zabitinin döyüş yolu 21 gün sürdü... Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndi, şücaət göstərdi. Döyüşən Ordunun tərkibində Laçın rayonu ərazisinədək irəliləyə bildi.

Ruhin Xəlilov keçdiyi şərəfli döyüş yolu ilə xalqının və dövlətinin adını uca tutdu, qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəldi.
O üç övladına – qızları - 7 yaşlı Qönçə və 5 yaşlı Melisaya, oğlu - 1 yaşlı Tunara şərəf və layaqətlə anılacaq bir yol qoyub getdi...
Sənin övladların Vətənin əmanətidir, müqəddəsliyə ucalan İNSAN.



Vətən müharibəsinin başlanmasından iki il keçir, ancaq o günləri, o saatarı, o anları heç unutmuruq. Ali baş Komandanın “tvit”ləri, efirdən ölkəni müjdələməsi “Şuşa sən azadsan” deyərək, xalqın əyilən qürurunu əbədi uca etməsi, azad olunan ərazilərdə bayraqların ucaldılması, yaralı qardaşlarımızın “bizə dua edin kəlmələri”, əsgərlərimizin döyüşün ən qızğın yerində pozitiv əhvallarını pozmamaları, şəhid xanımlarının, analarının cənazəni çiyinləri üzərinə götürmələri, şəhid atasının “haqqımı sənə halal edirəm” oğlum deməsi, nənələrin “sən canavarsan, düşməni məhv elə” tövsiyəsi, Prezident İlham Əliyevin 44 gün ərzində 30-dan çox nüfuzlu xarici media orqanına müsahibələr verərək həqiqətləri bütün dünyaya bəyan etməsi, müxtəlif ölkələrdən gələn bəzi qərəzli jurnalistlərin sullarına əsl lider cavabları, 2020-ci il 9 noyabr gecəsi, xalqın küçələrə çıxaraq, bu tarixi bayram etməsi, Ermənistanın matəmə bürünməsi, küçələrdə bir-birilərini qırması, həsrətinə son qoyduğumuz yurdlarda tikinti quruculuq işlərinin aparılması, erməni vandallarının basdırdıqları xəritsəiz minaları tək-tənha, heç bir dəstək olmadan çıxarmağımız, ərziləri təmizləməyimiz, ilk köçkünlərin Zəngilanın Ağıllı kəndinə qaytarılması, şəhid ailələrinə və müharibə iştirakçılarına, əlillərinə dövlətin, ictimaiyyətin möcüzəvi dəstəyi cild-cild romanlara sığmaz. 



Qələbə bayramımız həm də 27 sentyabrdır. Şərəfli mübarizə arzumuza çatmışdıq. İlk dəqiqədən qalib gələcəyimizi bilirdik. Ali baş Komandan demişdi: “Bizi heç kim durdura bilməz”. Cənab İlham Əliyev nə deyir, o da olur. Belə Prezidentə malik dövlət uduza bilməzdi. “Mən nəyi, necə və nə zaman etmək lazım olduğunu yaxşı bilirəm” – belə dedi, cənab Prezident. “17 iildir bu günü hesablayırdım” – budur əsl lider məntiqi. 

Şəhidlərin ruhu qarşısında baş əyirik, sağlamlıqlarına xələl gələn döyüşçülərimizin tez və əbədi sağalmaları üçün dua edirik. Biz xoşbəxt xalqıq. İllər keçdikcə Şuşanın işğaldan azad olunması hadisəsi daha dərindən dərk olunacaq. Yeni nəsl onlara ağır bir problem qalmadığını görüb, dövlətimizə alqış deyəcək. 

“Hay ver mənə cənab leytenant,
Bir müqəddəs savaşdan pay ver mənə, cənab leytenant”



İstədik, arzuladıq, kainata göndərdik və QAZANDIQ. Səsimizə Ruhin Xəlilov kimi zabitlər canı ilə hay verdilər. Bizə müqqəddəs savaşı pay verdilər. 
Bu gün mübarək gündür. Şəhidlərimizə görə vətənin başı sağ olsun deyirik, vətənə görə şəhidlərimizə dua oxuyuruq. 

“Yenə də Allaha şükür, yenə də şeytana lənət” – Ramiz Rövşənin şeirindəndir. Şair həm də Ruhinlə eyni yurddandır. Həm duanı, həm lənəti eyni anda səsləndirməyi bacaran, duanın keçməsinə canıyla çalışan, lənəti isə düşmənə ünvanlayıb onun başını əzən xalq fenomen xalqdır. 

Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır! 
 



Oxşar xəbərlər