İranda daha bir gənc qızı polsilər öldürdü - Foto


  • 10:26 / 26 09 2022 |
  • Bölmə: Gündəm / Dünya / Hadisə


İranda keçirilən etiraz aksiyaları zamanı daha bir nəfər öldürülüb. 

"Rupor" xarici mətbuata istinadən xəbər verir ki, gənc qız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib.

20 yaşlı Hədis Nəcəfi Kərəc şəhərində keçirilən aksiya zamanı 6 güllə yarası alıb. Bacısı deyib ki, o, baş, boyun, sinə və qarnından yaralanıb.

Hədis Nəcəfinin ölümü İranda böyük etirazla qarşılnıb.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Dünən keçirilən aksiya zamanı polis etirazçı qadınlara atəş açıb. Bu zaman polis gözyaşardıcı qazla 29 yaşlı qızı sinəsindən güllələyib. Hazırda həmin qadının ağır yaralı olduğu bildirilir. Ümumilikdə isə aksiyalar zamanı 55 nəfərin həlak olduğu məlumdur.




Oxşar xəbərlər