Həkim rəyi olmadan sürücüyə Samux Yol Polisi Bölməsində "içkilisən" cəriməsi yazılıb - Şikayət


  • 09:20 / 02 10 2022 |
  • Bölmə: Gündəm / Hadisə / Şikayət


Redaksiyamıza Samux rayon sakini Ramin Nazim oğlu Xəlilov tərəfindən şikayət ərizəsi daxil olub. 

Ramin Xəlilov Samux Yol polisi İdarəsi əməkdaşlarının və rəhbərliyinin ona qarşı kobud qanun pozuntusuna yol verdiyini iddia edir. 

Şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: 

"Gəncə şəhərində kiçik sahibkarliqla məşgulam. Özüm Samux rayonda oluram. Oktyabrın 1-i saat təxminən 07.30 radələrində Samux ərazisində idarə ediyim "Lada" markalı, 57CJ551 nömrə nişanlı avtomobilimi Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı heç bir yol hərəkəti qaydasına pozmadığıma rəğmən saxladı. 90YP611 nömrə nişanlı yol polisi avtomobilindən adını bilmədiyim polis mənə yaxınlaşıb dünən içkili olduğumu dedi. Mən nə dünən, nə ondan əvvəlki gün ümumiyyətlə içkili olmamışam və içkili avtomobil idarə edənlərə də həmişə pis baxmışam. 
Mənə aparata nəfəs verməyimi istədi, mən nəfəs verəndən sonra o biri polisə baxıb güldülər və bildirdilər ki, az miqdarda da olsa içkiliyəm. 
Mən buna etiraz edəndə, həkimin gəlməsini tələb edəndə polis bölməsində getməymin vacibliyi vurğuladılar. Bölməyə gəldik, məni rəis müavini kapitan Azər müəllimlə görüşdürdülər, dedilər o yoluna qoyacaq. Azər müəllim də eynən onlar dediyini dedi, içkili olduğumu bildirdi. Həkimin gəlməsini tələb edəndə isə, dedi ki, həkim gəlsə iş böyüyəcək, sənə cinayət işi açacaqlar. Sənədlərimi aldı və bildirdi ki, 300 gətirim sonra qaytaracaq. Təbii ki, razı olmadım və sənədlərim onda qaldı, özüm avtomobilimə oturub çıxıb getdim. 
Əgər mən içkiliyəmsə, niyə avtomobilimi özüm sürüb getməyimə icazə verdilər? Niyə həkim çağırmadılar? Belə münasibət olar. Mən müvafiq qurumların hamısına şikayət etmişəm. Bu işi belə qoymaq olmaz. Yəqin ki, bu belə polislərin əlindən zülm çəkən tək mən deyiləm".

Hadisəyə bölmənin rəisi Samir Quliyevin də münasibətini öyrəndik. Rəis bildirdi ki, bu hadisədən təbii xəbərdardır. Haqqında danışılan sürücünün alkotester vasitəsilə içkili olduğu müəyyənləşib və onun avtomobili öncə duracaqa yerləşdirilib, sonradan maşında ət məhsulları olduğunu öyrənmişik. Buna görə də sürücünün yeznəsi gəlib, avtomobili idarə edib.

Samir Quliyevdən "bəs həkim sürücünün içkili olduğunu təsqidləyibmi?" sualına da cavab istədik. Rəis bildirdi ki, belə yerdə həkimə ehtiyac yoxdur. Əgər sürücü narazıdırsa, mətbuata yox məhkəməyə müraciət etsin. 

Kamil Qasımov





Oxşar xəbərlər