Türkiyənin Rusiyadan təbii qaz ödənişlərinin gecikdirilməsini tələb etdiyi iddia edilib. Bloomberg-in iddiasına görə, Türkiyə bəzi ödənişlərin 2024-cü ilə təxirə salınmasını istəyib.

Türkiyə Rusiyadan təbii qaz ödənişlərində vaxt baxımından rəsmi Ankaraya güzəştə getməyi istəyib. 

"Rupor" xəbər verir ki, bu barədə Bloomberg yazıb. 

İddiaya görə, Türkiyə yüksək enerji qiymətlərinin vurduğu iqtisadi zərəri azaltmaq üçün təbii qaz ödənişlərinin bir hissəsini ödəməyi 2024-cü ilə qədər təxirə salınması ilə bağlı Rusiyaya müraciət ünvanayıb. 

Danışıqlar iki ölkə arasında Botaşa öhdəliklərinin 25 faizini dollar əvəzinə rublla ödəməyə imkan verən razılaşmanın ardınca aparılıb. Adının açıqlanmasını istəməyən mənbələr görüşdən sonra razılığın əldə olunduğuna dair hələlik məlumatın olmadığını bildirib. Botaş və Qazprom məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.


Ötən ay Rusiya prezidenti Vladimir Putin Rusiyadan aldığı qazın 25 faizinin rublla ödənilməsi ilə bağlı Türkiyə ilə razılığa gəldiyini açıqlamışdı. Lakin Rusiyaya qarşı sanksiyalara cavab olaraq Putin “dost olmayan” ölkələrdən Rusiya qazının pulunu rublla ödəməyi tələb edən fərman imzalayıb. Mövzu ilə bağlı Putin, "Ödəniş rublla edilməsə, Rusiya qaz müqavilələri dayandırılacaq" deyib. 

Anar İsaoğlu



Oxşar xəbərlər