Sabunçu rayon Məhkəməsinin analoqu olmayan "oyun"ları


  • 08:59 / 06 10 2022 |
  • Bölmə: Gündəm / Hadisə / Şikayət


Sabunçu rayon Məhkəməsi hakimlərinin Rəsul Quliyevin kənardan dəstəyi ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və Camalzadələr arasında illərdir davam edən mülk, torpaq çəkiməsi ilə bağlı çıxardıqları qərarlar, atdıqları addımlar məhkəmə tarixinə analoqu olmayan hadisələr kimi düşəcək. 

Quliyeva Elmira Hüseynqulu qızı, Quliyeva Zenfira Əkrəm qızı, Quliyev Pərvin Rəsul oğlu, Bağırova Xanım Rəsul qızı və Quliyev Ziya Rəsul oğluna məxsus Bilgəh qəsəbəsi, Zaqulba şossesi 2, 3 və 9 ünvanlarında yerləşən “1926", ”1927", “1928", ”1929", “1931" saylı bağ sahələri ətrafında məhkəmə şikayətləri hələ də məntiqi nəticəsi ilə yekunlaşmayıb. 

Bu barədə "Rupor"a danışan mülklərin və torapq əarzilərin onlara məxsus olduğunu dəfələrlə sənədlərlə sübut etməyə çalışan camalzadələrin sözçüsü Əminağa Camalov əvvəlki açıqlamalrında bildirmişdi ki, Sabunçu rayon Məhkəməsinin hakimi Tahirə Əsədova bu işə baxmaqdan imtina edib. 

Əminağa Camalov, Lətifə Əliyeva və Həmidağa Camalov vərəsəlik hüququnun taınması məqsədi ilə məhkəməyə müraciət olunsa da, hakim analoqu olmayan qərar çıxarıb.

Qəradadda qeyd olunub ki, hakim Tahirə Əsədova bu işə baxmaqdan imtina edir. Öncəki qərar isə heç araşdırma aparılmadan, mənzillərə mütəxəssislər tərəfindən baxış keçirilmədən çıxırımışdı.

Hakim geri addımın əsaslandırarkən deyib ki, çıxaracağım qərar sizin əleyhinizə olsa, bilirəm ki, məndən sona qədər əl çəkməyəcəksiz. Qarşı tərəf ona "Siz qanuni qərar çıxarın" cavabı verəndə isə hakim susub. 

Əminağa Camalov bir maraqlı nüansı da diqqətə çatdırıb. Bildirib ki, sözügedən məsələ Sabunçu rayon məhkəməsindən bir neçə hakimin öhdəsinə verilib. Bu iş öncə hakim Əşir Səmədovun öhdəsində olub, Əşir müəllim, ötürüb tagirə Əsədovaya. tahir xanım işi yenidən Əşir Səmədovaya qaytarıb, Tahirə xanım bu dəfə məsələyə Şəbnur Qədimovanı qoşub, amma iş sonuncu hakimdə də çox qalmyıb. O, işi yenidən Tahirə Əsədovoya göndərib.

Bu gün Əminağa Camalov yenidən redaksiyamıza telefon açaraq bu dəfə hakimlərin yeni "oyunu"ndan danışıb: "Həqiqətən oyuna düşmüşük. Mən hələ nə həyatda, nə kitabda, nə kinolarda belə məhkəmə görmüşəm. 5 dəfə məhkəmə olandan sonra bu məhkəmələrə hakimlik edən şəxs özünü işdən uzaqlaşdırır. Sonra hakimlər arasnda ötür-ötür oyunu başlayır. İşi bu pna göndərir, o buna göndərir... İndi isə lap betər hadisə olub. Hakim mayın 10-da olan məhkəmənin qərardadını dünən - sentyabrın 5-də bizə verib. Sabunçu rayon Məhkəməsi nə hüquqa, nə qanunlara, nə də insanlara hörmət qoyur". 

Xatırladaq ki, Ağasif Şakiroğlunun sədri olduğu partiyanı ABŞ-da mühacirət həyataı yaşayan Rəsul Quliyevin yaradıb. Gənc sədr torpaq sahəsinin Rəsul Quliyev tərəfindən ona bağışlandığını söyləyir. 

Tərəflər qarşılıqlı iddialarla 1995-ci ildən məhkəmələrə üz tutublar. Bu barədə mətbuatda da geniş məlumatlar yayılıb. Quliyeva Elmira Hüseynqulu qızı, Quliyeva Zenfira Əkrəm qızı, Quliyev Pərvin Rəsul oğlu, Bağırova Xanım Rəsul qızı və Quliyev Ziya Rəsul oğlunun nümayəndələri açıqlamalarında həmin torpaq sahəsinin və bağ evlərinin məhz onlara məxsus olduğunu deyir, Rəsul Quliyevin adamı hesab olunan Ağasif Şakiroğlunun hazırda həmin əraziləri zəbt etdiyini bildirirlər. 

Qarşı tərəf isə demək olar ki, bu möbvzuda mətbuata ümumi xarakterli ifadələrlə cəmi bir dəfə açıqlama verib. Məhkəmələr də bu mübahisəyə son qoymaq əvəzinə, prosesi daha da uzatmağa meyl göstərirlər. Çıxarılan qərarlar hər dəfə fərqli səciyyə daşıyır. 

Hazırda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün əvvəldən bu ünvanda yaşayan və həmin mənzillərdə qeydiyyatda olan ailələrin vəkili Tofiq Aslanovla əlaqə saxladıq.

Vəkil bildieib ki, bu gün keçirilən Apellyasiya Məhkməsində iş üzrə texniki ekspertiza təyin olunub: "Birinci instansiya məhkəməsi heç bir mütəxəssis fikri öyrənmədən, araşdırma aparmadan, ekspertizadan hər hansı rəy alınmadan torpaqların kimlərə məxsusluğu barədə qətnamə çıxarmışdı. Bu isə kobud qanun pozuntusudur".

Anar İsaoğlu



Oxşar xəbərlər