Hərbi attaşelər Edillidə erməni vəhşiliyinin şahidi oldular


  • 11:02 / 06 10 2022 |
  • Bölmə: Gündəm / Sosial / Hadisə


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər.

"Rupor" “Report”un Xocavəndə ezam olunmuş əməkdaşına istinadən xəbər verir ki, onlara müvafiq dövlət qurumlarının əməkdaşları kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər. 

Qeyd edilib ki, bir neçə gün öncə aşkarlanmış kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Məlumata görə, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanılıb.
Vurğulanıb ki, müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Çünki aşkarlanan qalıqların altında yenilərinin də olduğu ehtimal edilir.

Daha sonra bildirilib ki, Edilli kəndinə daxil digər ərazilərdə də qazıntı işləri aparılacaq.

***

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndinə səfəri başlayıb.

"Rupor" “Report”un Xocavəndə ezam olunmuş əməkdaşına istinadən xəbər verir ki, onlar kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkəcəklər.

Müvafiq dövlət qurumlarının əməkdaşları ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinə ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verəcəklər.

Qeyd edək ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.




Oxşar xəbərlər