Araz Əlizadə vəfat etdi


  • 11:50 / 06 10 2022 |
  • Bölmə: Gündəm


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə bu gün gecə saatlarında dünyasını dəyişib.

“Rupor” xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu məlumat verib.

O bildirib ki, onkoloji xəstəlikdən əziyyyət çəkən atası bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A. Əlizadənin noyabrın 3-ü 71 yaşı tamam olacaqdı.




Oxşar xəbərlər