Paşinyan KTMT-ni şantaj edir, boynuna minnət qoyur - İrəvan toplantısı da ümidləri doğrultmadı


  • 10:05 / 24 11 2022 |
  • Bölmə: Gündəm / Özəl Xəbərlər


"Erməni separatçılarını Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər, onlar isə təlimatı Moskvadan alıblar. Bu təxribatın məqsədi odur ki, bölgədə Rusiya hərbi missiyasının vaxtı daha da uzadılsın. Kremlin məntiqinə görə, əgər Qarabağda tərəflər müharibədən sonra da bir-birlərinə atəş açırlarsa, deməli “Rusiyanın azərbaycanlılarla ermənilər arasında hakim rolunda çıxış etməsinə hələ uzun müddət ehtiyac var”. Bizim Kremlin “məntiqinə” qarşı arqumentimiz bu olmalıdır: “Sizin “hakimliyiniz” Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına maneədir. 3 ildən sonra bölgəni tərk etməyə hazırlaşın. Ancaq buna qədər erməni separatçılarının tərksilah edilməsi Azərbaycanın haqqıdır".

"Rupor"
xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.



O, Qarabağ separatçılarının lideri Araik Arutunyanın “nazirləri” qəfil istefaya göndərməsinə də diqqət çəkib. Bildirib ki, Araik Arutunyan Moskvanın təlimatı ilə hərəkət edir. Politoloqun sözlərinə görə, Moskvanın Qarabağdakı adamı Ruben Vardanyandır və Kreml onu Araik Arutunyanın yerinə hazırlayır. Ruben Vardanyan isə separatçılar arasında “birinci” olmadan öncə öz komandasını formalaşdırmağa çalışır.



Qarabağda belə hadisələrin baş verdiyi dövrdə Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının (KTMT) zirvə görüşünün keçirilməsinə toxunan politolq, erməni baş nazir Nikol Paşinyanın KTMT-nin zirvə toplantısında səsləndirdiyi "ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyənə qədər “Azərbaycanın Ermənistana qarşı aqresssiyası"na münasibət bildirməyib”, - fikirlərinə diqqət çəkib.



E.Şahinoğlu deyib ki, Paşinyan sonrakı cümləsində təşkilatı həm şantaj edib, həm də boynuna minnət qoyub: "O birincisi bildirib ki, KTMT-nin passivliyi təşkilatın Ermənisstan daxilindəki imicinə mənfi təsir edib, ikincisi, təşkilat Qazaxıstanın istəyinə müsbət cavab verib bu ölkədə bir neçə gün içərisində qayda-qanun yaradarkən, o biri üzv – Ermənistanın “xahişini” görməzlikdən gəlir. Paşinyanın ilk çıxışındaca təşkilatdan şikayət edəcəyi gözlənilən idi. KTMT-nin İrəvandakı zirvə toplantısı da ermənilərin ümidini doğrultmayacaq. Təşkilat üzvləri Ermənistanın haqsız mövqeyinə görə tərəfdaşları olan Azərbaycanla münasibətləri gərginləşdirmək istəmirlər. Buna baxmayaraq, KTMT Paşinyanın gözünün yaşını silmək üçün Azərbaycan-Ermənistan təmas xəttində monitorinq aparmağa qərar verə bilər. Bunun Azərbaycan üçün təhlükəsi yoxdur, Ermənistanla təmas xəttində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır və heç bir güc və təşkilat bizi geri çəkilməyə məcbur edə bilməz".

Ərtürk İSMAYIL




Oxşar xəbərlər