Ukraynada təyyarə qəzası: 25 ölən var - Yenilənib - Video


  • 23:24 / 25 09 2020 |
  • Bölmə: Gündəm / Video / Dünya


Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.


"Rupor" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.

Qəza zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır.

***

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 28 nəfər olub.

***

Ukrayna DİN qəza ilə bağlı daha bir məlumat yayıb. Bildirilir ki, göyərtədə 28 nəfər olub. onlardan 7-si heyət üzvü, 21-i kursantdır. 

***


Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer qəza zamanı 22 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını, 4 nəfərin isə taleyinin naməlum olduğunu bildirib.





Oxşar xəbərlər