Dəfələrlə həbsdə olan bələdiyyə sədri kənd sakinlərinə zülm edir - FAKT


  • 11:59 / 26 09 2020 |
  • Bölmə: Gündəm / Şikayət


Masallı rayon Qızılağac kənd sakinləri kəndin icra nümayəndəsi olmuş, hazırda bələdiyyə sədri kimi fəaliyyət göstərən Şamil Məmmədovun fəaliyyətindən narazılıq edirlər. Bu barədə "Rupor"a müraciət edən sakinlər bildirirlər ki, Ş.Məmmədov dəfələrlə həbs olunub.

Astara rayonu -  CM-nin 214-cü maddəsilə həbs edilib. Cinayət işi №3692; hökm tarixi 26.03.1985: cəza 2 il Lənkaran şəhəri  - CM-nin 153 və 214-cü maddələri. Hökm tarixi 24.11.1989 cəza 5 il. Bakı şəhəri Sabail rayonu - CM-nin 194.2.1 maddəsilə həbs edlib. Cinayət işi № 79537; hökm tarixi 03.12.2002, Qaradağ rayonu - CM-nin 194.2.1, 62.1, 53.1 maddələri. Cəza 3 il.
 
Bildirilir ki, Ş.Məmmədov 1976-cı ildə Krosnadar Politexnik İnstutuna daxil olmuş, ancaq 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun diplomunu alıb.

Ş.Məmmədov sonuncu dəfə həbsdən azad olunduqdan sonra Bakı şəhərində siyasi fəaliyyətlə məşğul olub, amma heç bir nəticə əldə etmədiyi üçün Masallı rayonunun Qızılağac kəndinə qayıdıb və 2012-ci ildə Qızılağac kənd İcra nümayəndəsi təyin edilib. O, vəzifə səlahiyyətindən istifadə edərək saxta arayışlar tərtib etmiş və qeydiyyat kitabına qeyd etməyib. Belə ki, 15.08.2012-ci ildə vefat etmiş Ağabalayev Hüseyn Merdan oğlunun adına 01.10.2013, 30.09.2014-cü il üçün 203.51 manat olmaqla saxta kart çıxarmış və pulu mənimsəyib.

Bundan əlavə o, Bakı və Qızılağac kəndində yaşayan çox imkanlı adamların adına, onların xəbəri olmadan saxta arayışlar yazmış və pul kartlarını əldə edərək mənimsəyib. 

Şamil Məmmədov 2014-cü ildə bələdiyyə seçkisində iştirak etmək üçün namizədliyini irəli sürüb. Amma tərcümeyi-halında məhkumluğu barədə heç bir qeyd etməyib. 

Bələdiyyə sədri sədri olandan sonra Ş.Məmmədov dərhal qanunsuz əməllərini işə salmış kənd əhalisinə məxsus 160 (yüz altımış) hektar örüş sahəsini "Azərsun" şirkətinə uzun müddətli olmaqla 1(bir) hektat torpaq üçün 200 ( iki yüz ) manat olmaqla müqavilə  imzalayıb. 2014-2019 cü illər ərzində "Azərsun" şirkəti tərəfindən ödənilən vəsaitin taleyi məlum deyil. (160×200=32000. 1 (bir) il üçün. 32000×5=160000. 5 (beş) il üçün)

"Biz bu pulların hara xərcləndiyini ondan soruşanda o bildirirdi ki, arxasında böyük adamlar durur. Hara istəyirsinizsə, şikayət edin. Ş.Memmedov bununla kifayətlənməyib 16 ( on altı) nəfərə  məxsus fermaların ətrafında olan 50 (əlli) hektar örüş sahəsini 2016-cı ildə ətrafını qazdırıb və fermerlerin mal-qarasını həmin sahəyə buraxmır. Həmən sahədə dövlətin texnikası vasitəsilə 33 (otuz üç) hektar çəltik Ş.Məmmədovun arxasında duran böyük  memurlar özləri üçün əkiblər. Hər il həmin sahədə 80 (səksən), 100 ( yüz) tonlarla çəltik götürülür və rayon mərkəzinə daşınır. Bu qanunsuzluqlar barədə Masallı rayon İcra hakimiyyətinin başçısına müraciət etdik. (İcra başçısının bizə göndərdiyi cavabı şikayətimizə əlavə edirik)

Qızılağac bələdiyyəsinin  balansında 32 (otuz iki) hektar kəndin prespektiv inkişaf torpağı (PİT), 48 (qırx sekkiz) ehtiyyat fond torpağı var. 32 (otuz iki) hektar həyatyanı torpaq üçün ayrılan sahələri Ş.Məmmədov istədiyi adamlara heç bir sənəd vermədən  satıb. Gələcək nəsillər üçün demək olar ki, torpaq sahəsi qalmayıb. 48 (qırx səkkiz) hektar torpaq sahəsini isə heç bir muqavilə bağlamadan, hər hektar torpaq sahəsi üçün 250-300 manat olmaqla şexsən özü alır və pulları mənimsəyir", deyə şikayət ərizəsində qeyd olunur.
 
Sakinlər qeyd edirlər ki, Ş.Məmmədov əhalinin öz şəxsi hesabına çəkdirdiyi 1 km uzunluğunda üstü izoliyasiya edilmiş 220 diametrlik dəmir boruları 2018-ci ildə çıxardıb satıb: "Həmin boruların 1 metrinin qiyməti qara bazarda  10-12 manatdır. Bundan əlavə o, 23 dekabr bələdiyyə seçkiləri günü sahələri suvarmaq üçün çekilmiş 45-50 ədəd paslanmayan boruları çıxardıb satıb. 

Hazırda Ş.Məmmədov təkbaşına fəaliyyət göstərir. 11 (on bir) nəfər bələdiyyə üzvündən 2-si Bakı şəhərində yaşayır və işləyir. Digər üzv Lənkaran şəhərində yaşayır və işləyir, qalan bələdiyyə üzüvləri isə bələdiyyə binasının yerini tanımır. Bələdiyyə iclasları olmur, protokollar şablon üsulu ilə yazılıb evlərdə imzalanır”.
  
Kənd sakinləri ölkə rəhbərliyindən, hüquq mühafizə orqanlarından Qızılağac bələdiyyəsinin fəaliyyətinin araşdırılması üçün gərəkən addımların atılmasını xahiş edirlər. 

Şikayəti kənd sakinləri Məlikov Əzizağa, Əhmədov Salman, Abuşov Elçin, Yaqubov İlkin, Əliyev Şahlar, Sadıqov Telman, Abuşov Elxan, Əhmədov İlham, İbrahimov Rafiq, Həsənov Samir, Ağabalayev Zaur, Məmmədov Etibar, Abıyev Naib, Həsənov Zakir, Əsgərov Əşrəf və Hüseynov Ehtiram imzalayıblar. 

 

 

 





Oxşar xəbərlər