İşğalçının ordusunda PKK-çıların vuruşduğu sübut olundu - Video


  • 17:23 / 06 10 2020 |
  • Bölmə: Gündəm / Video


Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

"Rupor"un Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytına istinadən verdiyi xəbərə görə, DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib.

Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

Qeyd edək ki, dünən APA hərbi mənbələrə istinadən erməni silahlı qüvvələrinin tərəfində PKK-çıların döyüşdüyü barədə məlumat yaymışdı.

Məlumatda bildirilir ki, onların əksəriyyətinin məhv edilib, qalan hissəsi isə yerli hərbçilərlə birgə Suqovuşan və cənub cəbhəsində təxribat qrupları şəklində fəaliyyətə başlayıb. 





Oxşar xəbərlər